Qaramurad mərmərləşmiş əhəngdaşı yatağı

Qaramurad mərmərləşmiş əhəngdaşı yatağıGədəbəy rayonunun Böyük Qaramurad kəndi yaxınlığında, Gədəbəy şəhərindən təxminən 15 km qərbdə yerləşən yataq.

Yataq Oksford yaşlı massiv, mərmərləşmiş əhəngdaşlarından ibarətdir.

Yataqda aşkar olunmuş əhəngdaşları park və meydançaların, bina fasadlarının və s. ictimai yerlərin bəzədilməsində keyfiyyətli üzlük materialı kimi istifadə oluna bilər.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • E.Səfərov. Kiçik Qafqazın faydalı qazıntı yataqları. Bakı: 2012. səh.40-41.