Qaranlıq materiya

Qaranlıq materiyaqaranlıq enerjinin kainatdakı təxmini paylaşımı. Qrafikə görə kainatın 74 %-ni qaranlıq enerji, 22 %-ni qaranlıq materiya, 3,6 %-ni isə bildiyimiz mənada atomlardan ibarət olan və qalaktikalar arasında olan qazlar, 0,4 %-ni isə yenə bildiyimiz mənada atomlarda ibarət olan ulduzlar, planetlər və s. təşkil edir.

Bizə məlum olan materiya atomlardan ibarətdir. Ulduzlar, qalaktika və planetlər, ağaclar və daşlar, nəhayət biz özümüz materiyadan təşkil olunmuşuq. Lakin bu materiya, bizə məlum kainatda mövcud olan bütün materiyanın cəmi 5%-ə qədərini təşkil edir. Kainatın qalan 25%-i qaranlıq materiya (ing. Dark matter), yerdə qalan 70%-i isə qaranlıq enerjidən ibarətdir. Sonuncuları biz görə bilmirik.

Maraqlıdır ki, bizim hər hansı şəkildə qeydə ala bildiyimiz hər şey reallığın çox cüzi hissəsidir. Amma bu hələ harasıdır? İnsan övladı hələ də qaranlıq materiya və qaranlıq enerjinin nə olduğunu bilmir. Onun xassələrini hər hansı bir şəkildə ölçmək mümkün deyil. Biz yalnız onu dəqiq bilirik ki, bu nəsnələr mövcuddur.

Qaranlıq materiya qalaktikaların mövcudluğunu şərtləndirən amildir.

Əgər biz kainatın hazırki şəkildə strukturunu hesablasaq, görərik ki, normal materiya bu sistemin mövcudluğu üçün kifayət deyil. Normal materiyadan ibarət cisimlər arasında olan qravitasiya qüvvəsi, onları bu sistemdə saxlamaq üçün yetərli deyil. Bu halda ulduzlar kainata səpələnər və qalaktikaları formalaşdıra bilməzdilər. Deməli onların içində və ətrafında nəsə başqa bir materiya var. Bu materiya işığı şüalandırmır və əks etdirmir. Ona görə də qaranlıqdır…

Lakin qaranlıq materiyanın mövcudluğunu riyazi yolla hesablamadan başqa, biz onun xassələri barədə də nəsə deyə bilərik. Məsələn, bu cür materiyanın sıx olduğu bölgələrdən keçən işıq şüası əyilir. Bu o deməkdir ki, qaranlıq materiya hər hansı bir şəkildə qravitasiya ilə bağlıdır.

Hazırda biz qaranlıq materiyanın dəqiq nə olmadığı barədə daha çox şey deyə bilərik.

Deməli bu dəqiqdir ki, qaranlıq materiya göy cisimlərinin olmadığı, boş normal materiya kütləsi ola bilməz. Əks halda o, bizim ölçə biləcəyimiz hissəciklər şüalandırmalıydı.

Qaranlıq materiyaya antimateriya da deyil. Çünki antimateriya normal materiya ilə təmasda özünəməxsus qamma şüaları buraxır.

Qaranlıq materiya qara dəlikləri təşkil edən maddə də deyil. Belə ki, qaranlıq materiya bütün kainata dağınıq şəkildə mövcud olduğu halda, qara dəliklər kifayət qədər kompakt və qravitasiya dairəsinə düşən hər şeylə çox güclü təmas yaradan obyektlərdir.

Hazırda qaranlıq materiya barədə üç şeyi dəqiq deyə bilərik:

1. O, nəsə bu vaxta qədər bildiklərimizdən fərqli bir nəsnədir.

2. O, necəsə qravitasiya ilə bağlıdır

3. Və bu maddədən hər yerdə çoxdur

Güman ki, qaranlıq materiya işıqla və normal materiya ilə biz gözlədiyimiz şəkildə əlaqəsi olmayan, mürəkkəb və qeyri-adi hissəciklərdən ibarətdir. Lakin hal-hazırda bu yalnız fərziyyədir.

Qaranlıq materiya hər yerdədir. Onu indiyə qədər heç kim görməyib. Heç kim onun dəqiq nə olduğunu bilmir. Bütün bunlara baxmayaraq inkarı imkansız olan fiziki hesablamalar kainatın 27%-nin qaranlıq materiyadan təşkil olunduğunu göstərir. Kainatın yalnız 5%-i qarışqadan tutmuş nəhəng qalaktiklara qədər bütün obyektlərin əsası olan – normal materiyadan ibarətdir.

Onilliklər ərzində alimlər gözəgörünməz qaranlıq materiyanı tapmağa çalışmışlar. Qaranlıq materiyanın təşkil olunduğu hissəcikləri tapmaq üçün müxtəlif növ cihazlar hazırlanaraq kosmosa göndərilmişdir. Bundan başqa fiziklər normal materiyanın elementar hissəciklərini nəhəng sürətləndiricilərdə toqquşduraraq onlardan qaranlıq materiyanın hissəciklərini almağa çalışsalar da, bütün cəhdlər nəticəsiz qalırdı.

“Bəlkə, biz qaranlıq materiyaya lazım olduğundan fərqli yanaşırıq deyə belə alınır” – deyə Cənubi Danimarka Universitetinin dosenti və qaranlıq materiyanın yeni modelinin müəlliflərindən biri Martin Slot qeyd edir.

Uzun illər ərzində fiziklər qaranlıq materiyanın yüngül hissəciklərdən təşkil olunduğunu və onların normal materiya ilə zəif əlaqəyə girdiyini iddia edən nəzəriyyə üzərində işləyirdilər. Bu o deməkdir ki, bu cür hissəciklər kollayderlərdə normal materiyanın toqquşdurulmasından alına bilər. Bu nəzəriyyəyə görə, weakly-interacting massive particles (WIMPs) adlanan hissəciklər 13,7 milyard il əvvəl Kainat yaranandan qısa zaman sonra ağlagəlməz miqdarda çox formalaşmışdırlar.

“Lakin heç bir təcrübə zamanı WIMP-hissəciklərin heç izi də aşkarlanmadığından biz yalnız qravitasiya qarşılıqlı əlaqəsində iştirak edən və bu səbəbdən birbaşa aşkarlanması çətin olan daha ağır “qara” hissəcikləri axtarmağı təklif edirik” – deyə Martin Slot qeyd edir.

Slot və kolleqaları bu hissəcikləri PIDM (Planckian Interacting Dark Matter) adlandırırlar.

“Bu cür hissəciklərin yaranması son dərəcə yüksək istilik şəraitində mümkündür. Böyük partlayışdan dərhal sonra Kainatda məhz bu cür istilik hakim idi.”

Qaranlıq materiya adından da göründüyü kimi qəribə bir materiyadır. Əslində qaranlıq da deyil. Sadəcə olaraq onun qaranlıq adlandırılması amerikan mədəniyyətinə xas olan bir keyfiyyətdən irəli gəlir. Amerikalılar nə olduğunu təxmin edə bilmədikləri bir şeyə “dark”, yəni tünd, qaranlıq dediklərindən, bu anlayışa da qaranlıq maddə adlanır. Səbəbi budur. Yoxsa onun qaranlıq ya da aydınlıq olduğunu hələ ki görə bilməmişik.

Anlayışın yaranma səbəbləri[redaktə | mənbəni redaktə et]

Bir neçə yüz ildir ki, Nyuton və Keplerin sayəsində göy cisimlərinin orbitlərini və sürətlərini ölçmə imkanımız var. Bunun isə n qədər formul var. Bu formulların izahına girməyə ehtiyac yoxdur. Beləliklə, bu modellər və formullar sayəsində bir cismin başqa bir cisimlə təsiri nəticəsində orbitlərini və sürətlərini müyyən edə bilərik. Ancaq yenə də bir xülasə kimi qeyd edək:

Kütləsini bildiyimiz bir cisim və onun ətrafında hərəkət edən başqa cisimləri düşünün. Misal olaraq Günəş və ətrafında hərəkət edən planetləri göstərə bilərik. Kiçik orbitli olan planetlər böyük orbitlilərə nisbətən daha sürətlə hərəkət edirlər. Yəni Merkuri planeti çox böyük sürətlə Günəşin ətrafında hərəkət etdiyi halda, Neptun çox yavaş sürətlə hərəkət edər. Bunun da səbəbi Günəşdən uzaq cisimlərin cəzbetmə qüvvəsinin azalması ilə daha az kütləçəkim təsirinə məruz qalmasıdır. Riyazi olaraq isə, “hərəkət müddətinin kvadratının, ətrafında döndüyü cismə uzaqlığının 3-cü dərəcədən qüvvəti” kimi qəribə bir düsturu var.

İndi isə danışdığımız anlayışın miqyasını böyüdək: Qalaktikamız olan Süd Yoluna daxil olan ulduzlar, planetlər, qaz və toz hissəcikləri, ümumilikdə isə kütləsi qalaktikanın mərkəzinə getdikcə daha da sıxlaşır. Qalaktikamızdakı 400 milyarda yaxın ulduz bu kütlə mərkəzinin ətrafında hərəkət edir. Onda belə bir fikir yürüdə bilərik:

Qalaktikamızın mərkəzinə yaxın ulduzlar daha sürətlə, uzaqdakılar isə daha yavaş hərəkət edirlər. Xeyr. Əfsuslar olsun ki, bunu deyə bilmirik.

Müşahidələr göstərir ki, Süd Yolunun mərkəzindəki ulduzların dövr sürəti daha uzaqdakılardan zəifdir. Yəni bu vəziyyət Nyuton qanunlarına tərs hesab olunur. İlk olaraq ağlımıza “görəsən hesablamamızda bir səhv var?” sualı gəlir və ya Eynşteynin “Nisbilik nəzəriyyəsinə" müraciət edirik. Amma Eynşteyn qanunları ilə hesablasaq belə istənilən nəticə alınmır. Uzaq ulduzlar daha yavaş dönməlidir, ancaq onların sürətinə çatmaq qeyri-mümkündür.

Hətta bəzi ulduzların dövr sürəti o qədər çoxdur ki, bu sürətlə onlar çoxdan qalaktikamızı tərk etməli idilər. Yəni Süd Yolu qalaktikasının bilinən kütləsi bu ulduzları qalaktikada saxlamaq üçün kifayət deyil. Bu halda əlimizdə 2 səbəb qalır. Ya Eynşteyn və Nyutonun cazibə qanunu haqqındakı fərziyyələri səhvdir, ya da biz Süd Yolunun kütləsini düzgün hesablamırıq. Birinci qeyd etdiyimiz səbəb Günəş sistemindəki müşahidələrimizlə öz doğruluğunu sübut etmişdir. Onda, demək ki, kütlə hesablarımızda bir səhvlik var!

Süd Yolunun kütləsini təkrar-təkrar, bezmədən yenidən ölçdük. Nəticə isə eyni idi. Görə bildiyimiz bu kütlə ulduzların hərəkətlərini anlamağımıza kömək etmir. Qalaktikamızın daxilində bizim görə bilmədiyimz bir maddədən ibarət əlavə kütlənin də olduğu qənaətinə gəlmək lazımdır. Bütün qalaktikanı əhatə edən bu maddə ulduzların orbital hərəkətlərinə təsir edir, üstəlik bu təsiri yarada bilmək üçün maddənin miqdarının Süd Yolu qalaktikasındakı “cəm” maddə və cisimlərin kütləsinin 90 faizi qədər olmağı lazımdır. Başqa sözlə, indiyə qədər hesabladığımız kütlə qalaktikamızın kütləsinin 10%-i imiş. Qalan 90%-ini isə görə bilmirik. Artıq qalaktikamızda homogen olmayan bir şəkildə mövcud olan “görünməz” maddənin olduğunu qəbul etməliyik.

Uzaq qalaktikaları (daha doğrusu qalaktikalar qruplarını) izlədikdə aydın olur ki, qalaktikaların hərəkətləri və cazibə qüvvələrinin təsiri qaranlıq maddə hesaba alınmadan açıqlana bilməz. Demək ki, kainatın da böyük bir hissəsi məhz bu qaranlıq maddədən ibarətdir.

Əgər qaranlıq maddə anlayışı səhv olsa, onda Nyuton və Eynşteyn fizikasını bir kənara atmalıyıq. Bu isə mümkün deyil. Yəni qaranlıq maddənin varlığından əminik. O zaman belə bir sual meydana çıxır: “Bəs bu qaranlıq maddə nədən ibarətdir?”

Bu sualı cavablandıra bilmirik. Ancaq bəzi variantlar mövcuddur. Neytrinolar məsələn. Bunlar maddə ilə heç bir şəkildə əlaqəyə girməyən, yəni görülməsi çox çətin olan hissəciklərdir (Neytrinolar - işıq sürəti ilə hərəkət edən və maddələrin içindən heç təsir etmədən keçə bilən hissəciklərdir. Bu xüsusiyyətlər səbəbindən də onların qavranılması çox çətindir. Neytrinoları çox kiçik, ancaq 0 olmayan kütlələri var. Elektrik yükləri yoxdur) Ancaq bildiyimiz qədəri ilə, olması lazım olan neytrino sayı qaranlıq maddə üçün kifayət etmir.

Bəzi ağır atomlu hissəciklər və müşahidə olunması bir az çətin olan qırmızı cırtdan və qəhvəyi cırtdan ulduzlar da qaranlıq maddə ola bilərlər. Buraya Yupiter böyüklüyündəki göy cisimləri və gözlə görünməyən qaz və toz hissəcikləri də namizəddir. Ancaq yenə də alınmır. Heç nə bu böyük qaranlıq maddə miqdarını açıqlamağa kömək etmir.

Görə bilmədiyimiz bir şey var. Həyatında heç vaxt bir pəncərə şüşəsi görməyən birinin, pəncərə yerində boşluq olduğunu zənn etməsi kimi bir şeydi əslində vəziyyətimiz.

Bütün bunlara baxmayaraq o qədər də çarəsiz deyilik bu mövzuda. Bəzi açıqlamalar da var. Məsələn, ulduz qrupları haqqındakı bəzi araşdırmalardan aydın oldu ki, bu qruplarda elə ulduzlar var ki, solğun olduqlarından görmək mümkün deyil. Belə ki, bu ulduzların miqdarı kütləvi ulduz qruplarındakı ulduzların ancaq qaranlıq maddə ilə izah edilə biləcəyini ortaya çıxardı. Yəni bəzi kiçik ölçülərdəki bu tip problemləri izah edə bilirik. Ancaq qalaktika miqyasında bu izah hələ ki mümkün deyil. Əgər Süd Yolu qalaktikasındakı açıqlamanı ulduz qruplarındakı kimi edə bilsək, qaranlıq maddə anlayışına ehtiyac qalmayacaq. Bunu izah edə biləcək alimlərə isə şübhəsiz ki Nobel mükafatı almaqla yanaşı,100 ilin ən yaxşı astrofizikləri adı veriləcək, adları da hələ 2000 il kitablarda qalacaq.

Qaranlıq maddə fikri 1933-ci ildə İsveçrəli astronom Fris Svikkinin (Fritz Zwicky) etdiyi bir müşahidə nəticəsində ortaya çıxmışdır. Kainatda qalaktikalar, cazibə sayəsində (gravitationally) interaktiv bir arada dayanaraq qalaktika çoxluqlarını yaradır və bu qalaktika çoxluqları da bir araya gələrək daha böyük super çoxluqları meydana gətirir. F.Svikki, C.Koma (C.Coma) qalaktikalar toplusunun içərisindəki qalaktikaların hərəkətlərini araşdırır. Araşdırmaları nəticəsində qalaktikaların olduqca sürətli hərəkət etdiyini görürlər. Bildiyimiz kimi, əgər çox sürətli bir şəkildə fırlanma hərəkəti etsəniz, hiss edəcəyiniz mərkəzdənqaçma təsiri də o qədər çox olar. Elə ki, bu təsir səbəbiylə çölə doğru sovrularaq sistemi tərk edə bilərsiniz. Bu səbəbdən ilk ağla gələn müşahidəsini etdiyi qalaktikaların bir şəkildə oradan keçdiyini ya da bir-birləriylə yaxınlaşması səbəbiylə çölə doğru atıldıqları ola bilər. Lakin Svikki bu vəziyyəti araşdırır və bu qalaktikaların təsadüfi hərəkət etmədiyini, çoxluq içərisində müəyyən bir orbit üzrə hərəkət etdiklərini müəyyən edir. Yəni qalaktikalar çoxluğu nə dağılır, nə də çökür. Buraya qədər olanlar yalnız üzdən qeyri-adi kimi görünür. Qalaktikanın parlaqlığından o qalaktikanın təqribi kütləsini təxmin etmək mümkündür. Çünki qalaktikanı işıqlandıran mexanizmləri bilirik, bunların ən başında ulduzlar gəlir. Bu bir təxmin olduğundan, əlbəttə, müəyyən qədər xətalar yolveriləndir, lakin yenə də həddindən artıq zəif, yanlış nəticələr olması gözlənilməyən bir şeydir. Qalaktikanın istiliyi ulduzlardan və oradakı qaz və tozdan gəlirsə, istiliyi ölçərək ulduz sayını, demək olar ki, təxmin edə bilərik. Bunu etdikdən sonra Svikki ikinci bir üsul olaraq toplu üzərində Virial qaydasını istifadə edərək toplunun ümumi kütləsini hesablayır. Çünki əgər sistem tarazlıqdaydısa, nə çökür nə də dağılırdısa, mərkəzdənqaçma qüvvəsi ilə cazibə qüvvəsi tarazlıqda olmalıdır. Ancaq Svikkinin hesablamaları nəticəsində alınan qiymət qalaktika toplusunun kütləsini gözlənilən dəyərdən 400 dəfə çox olduğunu göstərir. Bu vəziyyət təxminən ölçdüyünüz dəyərdəki ulduz sayını artıraraq açıqlanacaq bir dəyər deyil. Bu səbəbdən bu vəziyyətə başqa bir şərh gətirmək lazımdır. Bu nöqtədə ilk ağla gələn orada müşahidəsi mümkün olmayan (qaranlıq) bir maddə olduğudur. Çünki kütlə təxminimiz işıq saçan cisimlər üstündə gedir, bu səbəbdən bu maddədə işıq şüalanması getmir deməkdir. Bənzər bir müşahidə nəticəsini də 1936-ci ildə Sinklair Smit (Sinclair Smith) Virgo qrupunun üzərində araşdırma apararaq tapır. Qrupdakı elementlərin surət paylaşımlarını araşdıranda orada işıqlanan maddədən daha çox miqdarda maddə olmalıydı. Lakin bu maddə miqdarı bildiyimiz göy cisimləri (planetlər, soyuq ulduzlar, qara dəliklər və s.) ilə açıqlanmır, çünki miqdar lap çoxdur. Iki fərqli qrup üzərində eyni nəticələrin çıxması orada işıq şüalandırmayan (qaranlıq) bir maddə fikrini dəstəkləməyə əsas verir. Çünki tək bir qrup üzərində edilən müşahidə, bəlkə də, müstəsna bir vəziyyət idi, bəlkə də, Svikkinin etdiyi bir səhv var idi. Lakin Smitin də eyni nəticələri alması bu fikri gücləndirməyə başlayır.

Qaranlıq maddə fikrinə alternativ bir müşahidə dəstəyinin Svikki və Smitin etdiyi qrup elementlərinin hərəkəti müşahidəsindən sonra Hores Babkak (Horace Babcock) 1939-cu ildə Andromeda qalaktikasının dönmə əyrisi üzərində maraqlı bir vəziyyətin fərqinə varır. Spiral qalaktikalar spiral dairələrə bənzər. Belə bir qalaktikada olan ulduzlar və digər görülə bilən vəsaitlər, adətən, bir müstəvi üzərində olarkən, spiral qalaktikalardakı kütlənin böyük qismi universal dönmə əyrisi anlayışıyla göstərildiyi kimi görünür. Mövcud fizika məlumatımızla spiralvari bir qalaktika olan Andromedanın dönmə əyrisini nəzəri olaraq təxmin edə bilirik. (əlbəttə, onun kütləsini təxmin edərək) Burada təxmin deyirik, lakin bu təxminlərin xəta silsiləsi də hadisəyə daxil edilir, yəni təxmindən kənar bu olması gözlənilən həqiqətdir deyə bilərik. Yalnız birbaşa ölçə bilmədiyimiz üçün təxmin deyirik. Babkok görür ki, Andromedanın xarici bölgələri olduqca sürətli dönür. Andromeda dağılıb parçalanmadığına görə xarici bölgələrin bu qədər sürətli dönərək qalaktikanın tək bir parça olaraq qalması vəziyyəti, ancaq orada onu tutan əlavə kütlə çəkimi varsa mümkündür. Bu da orada görülə bilməyən qaranlıq bir maddənin ola biləcəyi fikrini dəstəkləyir. Eyni metodla aparılan iki fərqli ölçmə bir fikrə işarə edirdi. İndi isə tamamilə alternativ bir metod da eyni fikri dəstəklədiyi görünür.

Bu vəziyyət səhv etmədiyimizi və həqiqətən orada bir şey olma ehtimalının çox olduğuna işarə edir. Əslində günümüzdəki daha yaxşı ölçmələr sayəsində bilirik ki, Svikkinin tapdığı 400 qat artıq dəyər, günümüzdəki ölçmələr orada 50 dəfə çox material olduğuna işarə edir. Yəni günümüzün məlumatını istifadə edərək texnoloji sərhədləri aşsaq, müşahidələr hələ əsaslıdır. 1975-ci ildə Morton Roberts (Morton Roberts) və Robert Vaytherts (Robert Whitehurts) 1970-ci ildə Rubin (Vera Rubin) və Ford (Kent Ford) tərəfindən aparılan daha ətraflı Andromeda müşahidələrini araşdıraraq, Andromedanın xarici bölgələrində artıqdan 200 dəfə çox görülə bilməyən maddə olduğu qənaətinə gəlirlər. Maraqlı bir şəkildə Roberts və Vaytherts 1933-ci ildə Svikkinin və 1936-cı ildə Smitin tədqiqatlarından xəbərsizdirlər kimi görünürdülər. (hər hansı bir istinad etməmişlər)

Qaranlıq materiyanı klassik metodlarla tapmaq[redaktə | mənbəni redaktə et]

Kainatın hər tərəfində olan və bizləri təşkil edən elementləri təsbit etmək, əslində olduqca asandır. Bunların müəyyən bir işıq saçmalarına ya da bu işığı əks etdirmələrinə ehtiyac olmadan da bu qaranlıq, soyuq elementləri görə bilərsiniz. Buna imkan verən şey atomların nüvələri ətrafında dolanan elektronlardır. Fərz edək ki, mühitdə olduqca soyuq bir hidrogen buludu var. Ətrafında da onu aydınlada biləcək heç bir şey yoxdur, özü də soyuq olduğu üçün olduqca sönükdür. Bu səbəbdən qaranlıq bir quruluşa sahib olacaq. Belə bir şeyi qaranlıq maddə ilə qarışdıra bilərikmi? Bu, o qədər də, mümkün deyil. Çünki belə bir mühit içərisindən keçən bir fotonla qarşılıqlı təsirdə olar. Yəni arxa plandan gələn işıq o mühitin içərisindən keçərkən, mühitdəki elektronları bir üst enerji səviyyəsinə çıxararkən bir miqdar enerji itirirlər. Bu enerji itkisini, göy cisminin tayfını (spektrumunun) alsaq çox asanlıqla görə bilərik. Hətta sorulmanın tipini araşdıraraq oradakı mühit haqqında ciddi mənada ətraflı məlumatlara çata bilirik. Lakin qaranlıq maddə olduğunu düşündüyümüz mühitdə belə bir təsir görmürük. Yəni orada olan şey hər nədirsə elektromaqnit qarşılıqlı təsirə girmir. Aradan keçən, az qala, bir əsrlik müddət ərzində inkişaf edən texnologiya və müşahidə texnikaları sayəsində bu müşahidələr daha çox təhlil olundu. İndiki vaxtda artıq kainatdakı qaranlıq maddə miqdarının normal (baryonik) maddə miqdarına olan nisbətini belə dəqiq bir şəkildə ölçə bilirik. Bunu ölçməyə imkan verən metodlardan biri də, az qala, hər kəsin adını bildiyi kosmik mikrodalğa arxa plan şüalanması üzərində etdiyimiz analizlərdir. Eyni zamanda qalaktika çoxluqlarının sahib olduqları həddindən artıq miqdardakı kütlə səbəbiylə kosmos zamanı bükmələri bir lupa təsiri yaradır. Bu sayədə arxa planında qalan qalaktikalar böyüdülmüş ya da görünüşləri pozulmuş bir şəkildə bir neçə yerdə eyni anda görünə bilər. (Eynilə bir stəkanın bir obyektin önünə keçdiyində olduğu kimi) Bunun kimi müxtəlif metodlardan etdiyimiz müşahidələr tək bir şeyə işarə edir: Bu vəziyyəti əlimizdəki fizika qanunlarıyla uyğun bir şəkildə açıqlamaq üçün, açıq bir şəkildə orada daha çox miqdarda maddə olmalıdır. Ya da! Açıq bir şəkildə ümumi nisbilik yoxdur. Xatırlayın, fərziyyəmiz mərkəzdənqaçmanı tarazlayan bir kütlə çəkimidir. Kütlə çəkiminin daha çox olması lazım olduğunu söyləyirik, bunu etməyin praktikada iki yolu vardır: ya daha çox maddə əlavə etməlisiniz, ya da cazibə funksiyasını dəyişdirməlisiniz. Artıq Eynşteyn sayəsində əslində cazibə deyə bir şey olmadığını, bu vəziyyətin maddənin fəza-zamanı pozması olduğunu bilirik. Yəni etməmiz lazım olan iki şey vardır: ya qaranlıq maddəni tapacağıq ya da Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin əskikliyini onu dəyişdirərək aradan qaldıracağıq. Əslində baxsanız ikinci variant indiki vaxtda edilmiş vəziyyətdədir. İndiki vaxtda qaranlıq maddə və qaranlıq enerji ehtiyacını aradan qaldırmaq üçün ümumi nisbilik üzərində dəyişiklik edərək bu problemi həll edən bəzi nəzəriyyələr mövcuddur. Lakin bunların müşahidələrlə dəstəklənməsi lazımdır və təəssüf ki, bu müşahidələrin bir çoxunu hələ edə biləcəyi texnologiyaya (daha doğrusu investisiya) sahib deyilik. Kosmoloqlar problemi bu şəkildə həll etməyə çalışarkən, bir tərəfdən də, zərrəcik fizikləri qaranlıq maddə mövzu ola biləcək hissəciklər axtarır. Edilən işlər, simülasiyalar ola biləcək bəzi vəziyyətləri göstərsə də hələ dəqiq bir şey aşkarlanmamışdır. Xülasə, elm dünyası bu anda corab söküyünün ucunda ola bilər, yalnız o corab bir cür sökülə bilmir.