Qarapir - Ordubad şəhər qəbiristanlığında qədim ziyarətgahdır.
Yerli əhali tərəfindən ölü yumaq, həmçinin meyiti müvəqqəti saxlamaq üçün sərdabə sayılır. Kiçik tikilidən ibarət bina yarımqazma formasında qayada çapılmışdır. Ön hissəsi hörülən binanın giriş qapısının baş tərəfində sarımtıl rəngli mərmər lövhə (38x30 sm) üzərində süls xətti qarışıq nəsx xətti ilə farsca kitabə var. Kitabənin mətnində deyilir, “Allahın rəğbətini qazanmaq məqsədilə bu şərəfli və mübarək bina cəmadi-laxir ayının 2-ndə (6 may) mərhum, rizvan məkan (cənnət məkan) Hacı Ağacan Ordubadinin oğlu, yaranmışların ən kiçiyi Hacı Zeynalabdinin səyi və təşəbbüsü ilə 1264 ildə (1848) tamamlanmışdır”.[1]