Qaraqorum

Qaraqorum (monq. Xarxorin), orta əsrlərdə Qara Xorum (monq. Xar Xorum) — orta əsrlərdə monqol dövlətinin paytaxtı. Şəhərin adının mənası qədim türk dilində "Qara daşlar" mənasındadır.

Qaraqorum
monq. Xarxorin
47°12′37″ şm. e. 102°50′52″ ş. u.HGYO
Ölkə  Monqolustan
Aymak Uverxanqay
Somon Xarxorin
Tarixi və coğrafiyası
Əsası qoyulub 1220
İlk məlumat 1220
Sahəsi 20,72[1]
Mərkəzin hündürlüyü 1.471 m
Saat qurşağı UTC+7
Əhalisi
Əhalisi 9439[2] nəfər (2015)
Sıxlığı 456 nəf./km²
Milli tərkibi monqollar
Etnoxronim qaraqorumlu
qaraqorumlular
Rəsmi dili Monqol dili
Xəritəni göstər/gizlə
Qaraqorum xəritədə
Qaraqorum
Qaraqorum
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin xarabalığı Orxon çayının yuxarı axınındadır. Əsasını Çingiz xan qoymuşdur (1220). 1235–1264-cü illərdə Böyük Monqol imperiyasının paytaxtı olmuşdur. XVI əsrə qədər mövcud olmuşdur. Çin salnamələrində, XIII əsr Avropa səyyahlarının (Plano Karpini, Marko Polo və V. Rubruk) xatirələrində Qaraqorum haqqında məlumat var. Rus alimlərindən N. M. Yadrinsev Qaraqorumun yerini müəyyənləşdirmiş (1889), A. M. Pozdneyev isə tarixi məlumatlar əsasında bunu təsdiq etmişdir. Sovet və monqol arxeoloqlarının birgə qazıntıları zamanı (1948–1949) Qaraqorumun cənub-qərbində Ugedeyin sarayının qalıqları, onun altında isə divarlarında rəsmlər olan bütxana (XII əsrin sonu — XIII əsrin əvvəlinə aid) aşkar olunmuşdur. Şəhərin mərkəzi hissəsində ticarət-sənətkarlıq məhəllələri və s. obyektlər tədqiq edilmişdir.[3]

  1. "Uverxanqau aymağının rəsmi saytı. Xarxorin somonunun təsviri. (monq.)". 2016-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-14.
  2. Uverxanqay aymağının illik statistika icmalı, 2015 Arxivləşdirilib 2019-08-29 at the Wayback Machine (monq.)
  3. Гарагорум // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: ГајыбовЕлдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 55.
  • Древнемонгольские города. М.: 1965.