1452-1459-cu illərdə Qaraqoyunlu və Teymuri dövləti arasında baş vermiş müharibə. 1452-ci ildə Cahanşah İranı fəth etdi,Fars vilayətinin bir hissəsini işğal etdi və oğlu Pirbudağı İsfahanın hakimi edir. Pirbudaq İrana hücum edərək Şiraz və Kirmanı tutur. Bu dəfə 1453-cü ilin sonunda Cahanşah Pirbudağı İrana hakim təyin edir. Pirbudaq yürüşlərinə davam edir. 1457-ci ildə Cahanşah ordusu ilə Xorasana yeriyir. 1458-ci ildə Teymurilərin paytaxtı Heratı tutur, 6 ay Teymuri taxtında oturur. Lakin,üsyan xəbərini eşidir və 1459-cu ildə Herat müqaviləsini imzalayaraq üsyanı yatırmağa qayıdır.
Qaraqoyunlu-Teymuri müharibəsi | |||
---|---|---|---|
Tarix | 1452-1459 | ||
Yeri | İndiki İran | ||
Səbəbi | Qaraqoyunluların İrana və Xorasana yiyələnmə istəyi. | ||
Nəticəsi | Qaraqoyunluların qələbəsi | ||
Ərazi dəyişikliyi | Şərqi İran Qaraqoyunluların hakimiyyətinə girdi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
Qara Yusif dövründə Azərbaycandan qovulan Teymurilər onun ölümündən sonra bu bölgələrin bir qismini yenidən ələ keçirdi. Teymuri Şahruxun səfərlərinin bir nəticəsi olaraq Cahanşah qardaşını məğlub edib Qaraqoyunluların yeni hökmdarı oldu. Bu dövrdə dövlət Şahruxdan asılı idi. Lakin Şahruxun ölümündən (1447) sonra Cahanşah dövləti müstəqil idarəyə başlayıb Teymurilər üzərinə yürüş etdi və özünə torpaq qazandırdı. Bununla belə, oğlu Pirbudaq xanın döyüşlərdə mühüm rolu var idi. Hətta ona "Əbül fəth" ləqəbi qoyuldu. Onunla birlikdə Qaraqoyunlular bu hədəfdə İrana və Xorasana yiyələnmək istəyirdi.
1452-ci ildə Cahanşah ordusu ilə birlikdə İrana böyük yürüşə başladı. Atası Cahanşahın əmri ilə Qum və ətrafını ələ keçirən Pirbudağın diqqət yetirdiyi bölgə İsfahan idi. 1453-cü ildə Cahanşahın oğlu Pirbudaq Qumu, Cahanşahın özü Şirazı və Farsı ələ keçirdi.
Pirbudaq İsfahana doğru hərəkət etdi. Pirbudağın İsfahana yaxınlaşması xəbərini alan İsfahan Camaatı, ona itaət etdiklərini bildirdilər. Bu vaxtı İsfahandan əl çəkmək istəməyən Qasım Babür, İskəndər Qaranın oğlu Əlvənd Mirzə, Ata Həsən-i Kərkin, Həsən-i Cilbiri, Şeyx Hacı Pəhlivan Hüseyn-i Divanəni 10.000 nəfərlik bir qüvvə ilə İsfahana gəldi. Onlar Zinderun sahillərində məskunlaşaraq şəhər əhalisindən yardım alırdılar. Amma İsfahanlılar Baburun və onun adamlarının hökmranlığından məmnun idilər. Baburun hökmranlığından və zülmündən narahat olan isfahanlılar Cahanşahın ordusunun Teymurun ordusunu tezliklə məğlub edəcəyinə inanırdılar. Onun müdafiəsini gözləməyə başladılar. Teymuri ağaları Cahanşahın ordusunun yaxınlaşdığını eşitdilər. Ancaq səhər qəfildən düşərgəni tərk etdilər. Digər tərəfdən Hüseyn Divan Hâce Qiyasəddin də İsfahanlılara qoşuldu. Teymuri hökmdarı Qasım Babür özünə dəstək toplaya bilməsədə, İsfahana gəldi. Qaraqoyunlular və Teymurilər arasında baş verən şiddətli döyüşdə Mirzə Qasım Babür məğlub oldu və Xorasana qaçdı. Pirbudaq Şiraza gəldi və bu şəhər müqavimətsiz təslim oldu.1454-cü ildə Qaraqoyunlular Pirbudağın başçılığı altında Yəzdi zəbt etdilər.
Teymuri Səncər mirzə Lavər keçidində idi. O, əvvəlcədən döyüş hazırlıqları görmüşdü. Çevik və cəsur cavanlardan olan Əli Həkkak İsfahani piyada dəstəsini tərtib edib hazırlayaraq cağatayların ailələrinin və yüklərinin pənah yeri olan dağın belinə üz qoydu. O, onların ailələrinin olduğu yerə gəlib, soyğun və qarət etməyə başlayaraq döyüşçülərin arasına qorxu saldı. Teymurilər öz ailələrini və mallarını qorumaq üçün ailələrinin olduğu yerə qayıtdılar. Baş verən Lavər Keçidi döyüşündə Qaraqoyunlular 3 min Teymuri öldürərək qəti qələbə çaldılar. Səncər mirzə döyüşdən qaçdı. Beləliklə, Kirman Pirbudağın əlinə keçdi.
Cahanşah 1457-ci ildə isə Xorasan hakimi Babur Mirzənin ölümündən sonra çəkişmələrindən istifadə edərək İranın şərqinə yeridi. O, Xəzər sahilinə tərəf irəllədi. Mazandaran və Astrabadı zəbt etdi. O, Astrabaddan Xorasana doğru yürüş etdi. Nişapuru və Məşhədi tutaraq 1458-ci il iyunun 28-də Teymuri hökmdarı Şahruxun taxtına əyləşdi . Beləliklə, xarici dövlətlərin elçiləri Herata gəlib onu salamlayır, ənam və hədiyyələrini təqdim edirdilər. Cahanşah 6 ay Heratda qaldı, lakin 1459-cu ildə Həsən Əlinin üsyana başlaması müqavilə bağlanmasına səbəb oldu. Daha sonra Həsən Əli xəyanətinə görə həbs edildi.
Cahanşah Əbu Səidlə sülh müqaviləsi bağladı. Xorasanı Teymurilərə güzəştə getdi, digər yerlər isə Qaraqoyunlu hakimiyyəti altında qaldı. Beləliklə, Cahanşah dövlətinə mühüm ərazilər qazandırdı. Eyni zamanda Teymurilərin çöküşü sürətləndi.