Əbu Səid (Teymuri)

Əbu Səid — 1451–1469-cu illərdə hakimiyyətdə olmuş Teymuri hökmdarıdır. Miranşahın nəvəsi[1] və Məhəmməd mirzənin oğludur.

Əbu Səid mirzə
ابو سعید میرز
Sultan Əbu Səid
Sultan Əbu Səid
1451 – 1469
ƏvvəlkiSultan Əbdüllətif
SonrakıSultan Məhəmməd Yadigar
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Herat
Vəfat tarixi
Vəfat yeri Qarabağ
Fəaliyyəti siyasətçi
Atası Məhəmməd Mirzə
Anası Şah İslam ağa
Uşaqları
Ailəsi Teymurilər
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk hakimiyyət dövrü

[redaktə | mənbəni redaktə et]

Sultan Uluqbəyin üsyan etmiş oğlu Əbdüllətif mirzənin qarşısını almaq üçün paytaxtdan çıxmasından istifadə edən Əbu Səid Səmərqəndi mühasirəyə aldı. Lakin Uluqbəyin Səmərqəndə geri dönməsi ilə mühasirəni dayandıraraq geri çəkildi.[2] Həmin il Uluqbəyin Əbdüllətif tərəfindən öldürülməsiylə Teymurilər arasında ara müharibələri daha da artdı. Əbdüllətifin özünün isə sui-qəsd nəticəsində öldürülməsindən sonra 1451-ci ildə Səmərqəndi ələ keçirərək özünü sultan elan etdi.[3]

Əbu Səid hakimiyyətinin ilk illərində daxili münaqişələri həll etməyə çalışdı və həmçinin çağataylarla da mübarizə apardı.[1] 1452-ci ildə özbəkləri məğlubiyyətə uğrtatdı və ölkəyə axınlarını dayandırdı.

Qaraqoyunlular və Ağqoyunlularla münasibətlər

[redaktə | mənbəni redaktə et]

Qaraqoyunlu hökmdarı Cahanşah, Teymuri Sultan Şahruxun ölümündən sonra Teymuri şahzadələri arasında səltənət uğrunda baş verən mübarizədən istifadə edərək öncə SultaniyyəniQəzvini, sonra isə Farsİraqi-Əcəm bölgələrini ələ keçirmişdi. Cahanşah 1458-ci ilin iyulunda Xorasanı elə keçirmiş, lakin burada möhkəmlənə hilməmişdi. Həmin il Cahanşahın Teymuri sultanı Əbu Səidlə bağladığı sülh müqaviləsinə görə, İraqi-Əcəm, Fars və Kirman bölgələri Qaraqoyunluların tərkibində qalmışdı.[4][5]

1467-ci ildə Cahanşahın Uzun Həsən tərəfindən öldürülməsi və 1468-ci ildə Xoy döyüşündə Həsənəli mirzənin məğlubiyyəti ilə Qaraqoyunlular süquta uğradılar.[6] Ağqoyunluların Azərbaycanda və şimal-qərbi İranda hakimiyyəti ələ alması Əbu Səidi narahat etməyə başladı. Əbu Səid Ağqoyunlu dövlətinin genişlənməsinə imkan verməmək və bölgədəki qarışıqlıqdan istifadə etmək məqsədilə Uzun Həsənə qarşı mübarizəyə başladı. Sultan Əbu Səidin Azərbaycana hücumunun səbəbi onun Qərbi İranı və Azərbaycanın cənub hissələrini öz dövlətinin tərkibənə daxil etmək, tabeliyində olan vilayətlərin sayını daha da artırmaq istəyi idi.[7]

Uzun Həsən sultan Əbu Səidin xeyli qüvvə ilə hərbi yürüş təşkil etdiyini eşidərək Teymurilərlə toqquşmaq fıkrindən çəkindi.[7] O, məsələni münaqişəsiz həll etmək üçün diplomatik işlərdə şöhrət qazanmış anası Sara xatunun başçılığı ilə Xorasanın Kalbun adlanan yerində qərarlaşmış sultan Əbu Səidin yanına qiymətli hədiyyələrlə bir heyət göndərdi və sülh təklif etdi. Ağqoyunlu elçiləri Əmir Teymur zamanından aralarındakı dostluğu xatırladaraq, yenə dostluq əlaqələrinin qalmasını arzu etdiklərini bildirmişdilər. Sultan Əbu Səid Uzun Həsənə tac, qızıl kəmərlə qılınc göndərdi, lakin hərbi yürüşü dayandırmadı.[7]

Sultan Əbu Səid Miyanədən Qarabağa yollandı. Teymuri ordusu Mahmudabad yaxınlığında düşərgə saldı. Uzun Həsənin əmri ilə Ağqoyunlu qüvvələri Əbu Səidin qoşununun yanyörəsinə hücumlar edib qətl və qarətə başladılar, Sultanın təchizatı hansı tərəfdən gəlirdisə, ələ keçirirdilər.[8] Teymurilərin müttəfiqi Şirvanşah Fərrux Yasarın Uzun Həsənin tərəfinə keçməsi ilə Teymuri ordusunda qıtlıq başladı. Vəziyyətin mürəkkəbliyini nəzər alan Əbu Səid geri çəkilməyə başladı. Sultanın əmir əl-ümərası Əmir Məzid Ərğun Ağqoyunlular tərəfindən əsir alındı. Sultan Əbu Səid sülh təklifi etsə də, lakin Uzun Həsən bu təklifi qəbul etmədi. 1469-cu ilin əvvəllərində qəflətən hücuma keçən Ağqoyunlu ordusu və Teymuri qüvvələri arasında baş vermiş Mahmudabad döyüşündə Teymuri ordusu darmadağın edildi. Uzun Həsənin oğlu Zeynal bəy Əbu Səidi təqib edib tutdu.[8] Əsir götürülmüş Əbu Səid 1469-cu ilin fevral ayının əvvəllərində öldürüldü.[9]

  1. 1 2 www.islamansiklopedisi.info. "Mîrânşahoğulları'nın hâkimiyetine geçmiş oldu" (türk). Abdülkadir Yuvalı. 2018-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13.
  2. Həsən bəy Rumlu.s.175.
  3. Golubev, Gleb (2011) (Türkçe). "Uluğ Bey", tercüme Abdrasul İsakov. Ankara: Türk Tarih Kurumu. s. 122,129. ISBN 978-975-16-2395-9.
  4. Nəcəfli Tofiq.s.27.
  5. Qızılbaşlar tarixi.s.17.
  6. Həsən bəy Rumlu.s.258;256.
  7. 1 2 3 Nəcəfli Tofiq.s.29.
  8. 1 2 Qızılbaşlar tarixi.s.7.
  9. Aka, İsmail (2001) (Türkçe). "İran'da Türkmen Hakimiyeti (Kara Koyunlular Devri)". Ankara: Türk Tarih Kurumu. ISBN 975-16-1405-8.
  • Nəcəfli Tofiq Hümbət oğlu Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı: Çaşıoğlu, 2000. — 198 s.
  • Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı). Kastamonu: Uzanlar, 2017, 661 s.
  • Qızılbaşlar tarixi. Tərcümə və şərhlər M. Ə. Məhəmmədinindir. — Bakı, "Azərbaycan" nəşriyyatı. 1993–48 s.