Qaratəpə dağı — Şərur rayonu ərazisində dağ (hünd. 1000,2 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Arpaçayın sağ sahilində, Oğlanqala kəndinin şimal-şərqindədir. Üst Permin Kuberqandı regiomərtəbəsinə aid Qızılqaya lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuşdur. Ətraf düzən relyef fonunda erozion-denudasion mənşəli təcrid olunmuş (qalıq) günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin mərkəzi hissəsinə aid Qabaqdağ antiklinalının gömülmüş şimal-şərq qanadının cavan çöküntülər altından yer səthinə çıxışına cavab verir. Zirvə hissəsi və yamaclarından şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılmaları keçir. Həmçinin cənub yamacında Orta-Üst Karbon yaşlı qabbro-dolerit tərkibli dayka açılır.[1]
Gülümgülüm dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1000,2 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |