Qaratəpə yaşayış yeri (Kürdəmir)

Qaratəpə arxeoloji abidəsiKürdəmir rayonunun Sığırlı kəndində yerləşən arxeoloji abidə.

Qaratəpə arxeoloji abidəsi
Ölkə  Azərbaycan
Rayon Kürdəmir
Yerləşir Sığırlı
Aidiyyatı ilkin orta əsrlər
Üslubu arxeoloji abidə
KateqoriyaArxeoloji abidə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Kürdəmirin Sığırlı kəndindən 3 km şimalda yerləşən Qaratəpə yaşayış yeri və qəbiristanlıq tarixi abidəsi 2001-ci ildə AMEA-nın göstərişi ilə ölkə əhəmiyyətli abidə kimi aşkar edilərək qeydiyyata götürülüb. [1] Abidənin ümumi ərazisi 5 hektardır. Ərazidə yalnız bir təpə var ki, onun da yerdən hündürlüyü 5-6 metrə qədərdir. Ərazinin ilkin tədqiqinə əsasən bura qədim yaşayış yeri olub. Hazırda qəbiristanlıqda 100-ə yaxın qədim qəbir vardır. Qəbirlərin üzəri müxtəlif məişət əşyaları və heyvan fiqurları ilə bəzədilib. Bəzilərində naxışlara rast gəlinmişdir. İlk orta əsr dövrünə aid edilən qəbiristanlıqda daş qəbirlərlə yanaşı torpaq qəbirlər də vardır.

  1. "Kürdəmirin Tarixi Abidələri". heydaraliyev-centers.az. 16.04.2020. 2021-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]