Qaraxanbəyli (Naxçıvan)

QaraxanbəyliAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraxanbəyli kəndi Qaraçuq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraxanbəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1] Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraxanbəyli kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qaraxanbəyli kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir.[2]

Qaraxanbəyli
39°11′17″ şm. e. 45°23′29″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qaraxanbəyli xəritədə
Qaraxanbəyli
Qaraxanbəyli

Düzənlikdədir. Yaşayış məntəqəsini kəngərli tayfasının qaraxanbəyli tirəsi saldığı üçün belə adlandırılmışdır. Tirənin başçısı XVIII əsrin ortalarında Qarabağ xanlığının banisi Pənahəli xan qaraxanbəylilərin bir hissəsini qarabağa köçürmüşdür.[3]

Əhalisi 2637 nəfərdir.[4]

Görkəmli şəxsləri

[redaktə | mənbəni redaktə et]

Elnur İsmayılov

  1. "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-17.
  2. "Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 9 iyun 2009-cu il tarixli, 829-IIIQ saylı Qərarı". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  3.   Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.
  4.  Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.