Qardaş payı

Qardaş payı — rejissor Səlcuq Aydəmirin komediya janrında çəkdiyi film. NTC media tərəfindən hazırlanmış filmin ilk seriyası 13 fevral 2014-cü ildə Star TV də göstərildi. Filmin ilk mövsümünün rejissoru Səlcuq Aydəmir olmuşdur. 22 seriyadan sonra 7 avqust 2017-ci ildə filmin ilk mövsümü bitmişdir. Filmin ikinci mövsümü 29 yanvar 2015-ci ildə başlamış və 30 aprel 2015 tarixinədək 35 seriyası nümayiş olunmuşdur.

Qardaş payı
İstehsalçı ölkə
Dil türkcə
İlk buraxılış 13 fevral 2014
Veriliş
Kanal Star TV (HD) (2014-2015)
kardespayi.info

Filmin baş rollarında Əhməd Kural, Murad Cəmcir və Seda Bakan oynamışlar.

Mövzusu[redaktə | mənbəni redaktə et]

Film iki mühəndis qardaşın dünyanı xilas edəcək bir qurğunun icadı xəyalından bəhs edir. Metin , Ali və Feyza Özdemir qardaşları dünyanı xilas edəcək olan borla çalışan bir motor ixtira edəcəklərdir. Bu motorun həqiqi ixtiraçısı ataları olan Tahsin Özdemirdir. Ancaq 13-cü seriyada ataları öldüyündən işləri qarışmışdır. Edanı sevən Metin 27-ci seriyada Edanın onu tərk etməsi ilə Emrah ilə bağlılığını gücləndirmişdir. Sonuncu seriyada borla işləyən motor işlək hala gətirilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]