Star TV HD

Star TV — 5 may 1990-cı il tarixində yayıma başlayan Türkiyənin ilk özəl televiziya kanalı. Yayım saatını əsasən xəbərlər, futbol matçları, yarışmalar, seriyallar təşkil edir. Günümüzdə "Doğuş Yayın Grubu" adlı şirkətin tabeliyindədir.

Star Televiziyası
Loqonun şəkli
Ölkə Türkiyə Türkiyə
Azərbaycan Azərbaycan
Şimali Kipr Türk Respublikası ŞKTR
Yayım ərazisi Türksat 4A peykinin əhatə dairəsi
Dil Türk dili
Baş qərargah
Yaranma tarixi 1 mart 1989
Sahibi Ahmet Özal (1989–1992)
Cem Uzan (1989–2004)
TMSF (2004–2005]])
Doğan Yayın Holding (2005–2011)
Doğuş Yayın Grubu (2011–h.h.)
Şüar İlk Özel Televizyon Magic Box (1989–1991)
İlk Özel Televizyon Kanalı Star 1 (1991–1992)
Bizi İzlemeye Devam Edin (1992–2000)
Türkiye'nin Yıldızı Star, 10 Yaşında (2000)
Türkiye 'nin İlk Özel, Her Zaman Güzel Televizyonu (2002–2004)
Star Olunmaz Ki, Star'da Olunur (2004–2006)
Star Her Yerde (2006–2007)
Star Altın Yılında (2007–2009)
Herkes Star'da, Star'da Eğlenceyi Yakala (2009–2010)
Star'da Bizi İzlemeye Devam Edin (2010–2011)
Star'a Bak (2011)
Gözlerinizi Alamayacaksınız (2012)
Bu Yazın En Sıcak Kanalı (iyun 2012–sentyabr 2012)
Türkiye'nin Bir Star'ı Var (2012–2014)Yaz Star'da Güzel (iyun 2013–sentyabr 2013/iyun 2014–sentyabr 2014)
Starsan Star'dasın (2014–)
Sayt startv.com.tr

Star TV Lixtenşteyndə 50.000 İsveçrə Frankı sərmayə hesabına 1 mart 1989-cu il tarixində qurulan, Magic Box Incorporated AG adlı şirkət tərəfindən Türkiyənin ilk özəl televiziya kanalı olaraq Magic Box Star 1 adı ilə yarandı və Almaniya ərazisində 5 may 1990-cı il tarixində test yayımına, 4 avqust 1990 tarixində isə normal yayıma başladı. Magic Box Incorporated AG-nin Türkiyə təmsilçisi olaraq 1990-cı ilin dekabr ayının əvvəlində qurulan Magic Box International-ın rəhbərləri isə Rumeli Holding-in sahibi, 31 yaşı olan Cem Uzan; Yapı ve Ticaret A.Ş., İmar Bankası və Adabank-ın sahibi olan atası Kemal Uzan və Turqut Özalın böyük oğlu Ahmet Özal idi.

Konstitusiyanın 133-cü maddəsinə əsasən Türkiyədə radio və televiziya yayımları Türkiyə Radio və Televiziya Qurumunun (TRT) əlində olduğuna görə özəl televiziya qurula bilmirdi. Türkiyədə bütün ötürücülər TRT-də olduğuna görə ötürücü və tezlik almaq lazım idi. Buna görə 3517 saylı qanuna görə TRT-nin radio-televiziya ötürücüləri əvvəl PTT-yə, oradan da Star 1-ə verildi.

Test yayımına başlayan Star 1 Almaniyanın Lüdviqshafen şəhərindən "AKK" studiyalarından "Eutelsat F-5" peyki ilə verdiyi görüntüləri bu şəhərdən Türkiyəyə ötürürdü. İlk vaxtlarda sadəcə özəl çanaq antenləri ilə izləmək mümkün idi. Ölkədəki yayım hüququnu TRT-yə verən konstitusiyanın 133-cü maddəsi hələ qüvvədə ikən özəl televiziyanın yayıma başlaması rabitə sahəsində Türkiyənin gələcəyi üçün vacib məsələ idi. "Magic Box" 100 milyard TL-lik sərmaye ilə qurulmuşdur. Şirkəti idarə edən və Star 1-in koordinatoru ilə işə başlayan Tunca Toskay TRT-dəki kollektivini bura toplamışdı. Baş müdir olan Mehmet Turan Akköprülüdən başqa Ekrem Çatay və Adem Gürses də yeni kanalda vacib vəzifələrdə idilər.

Normal yayıma sentyabr ayında keçəcəyini bildirən Star 1 gündə 12 saat (13:00-01:00 arasında) keçirdiyi test yayımlarında Amerikanın Milli Basketbol Assosiasiyası (NBA) maçları ilə bir çox xarici musiqi klipləri yayımlamışdı. Həmin vaxt yeni kanalın təqdimatı üçün film aktyorları başda olmaqla bir çox idmançı, yazıçı və qəzet yazarları ilə hazırlanmış reklamlar da tez-tez Star 1 ekranına gəlmişdi.

Əslində kanalın qurulmasında maneəyə rast gəlməməsinin səbəbkarı Türkiyənin 8-ci Prezidenti Turqut Özaldır. Cem Dunanı TRT sədri seçdikdən sonra Tunca Toskayı baş nazirin müavini olaraq yanına gətirən və ona özəl televiziya yayımı ilə bağlı arayış hazırlatdıran da Turqut Özal idi. Lakin Tunca Toskay verdiyi müsahibələrində Ahmet Özalın teleşirkətlə heç bir əlaqəsinin olmadığını diqqətə çatdırmışdır. Amma Ahmet Özalın şirkətdə 50% payının olduğunu və 100000 dollardan çox ödəmələr üçün Cem Uzanla birlikdə imza hüququna sahib olduğunu, ancaq hər iki ortağın razılığının qurtardığı 1991-ci ilin sonunda bilinmişdir.

May ayında sınaq yayımlarına başlayan Star 1, 1990-cı ilin iyul ayından etibarən "Santa Barbara", "Alov Çəmbəri", "Cimri", "Güzgüdəki Üz" kimi serialları yayımlamağa başlamışdı. Özəl kanalın qurulmasıyla ilk dəfə rəqabətlə qarşılaşan TRT-dəki narahatlıq; Alp Buğdaycı, Kaan Yakupoğulları və Rana Elikdən sonra Gülgün Feyman, Müge Oruçkaptan kimi spikerlərin də əlindən alınmasıyla artmağa başlamışdır. Daha sonra Star 1-in Beşiktaş, Galatasaray, FenerbahçeTrabzonspor başda olmaqla bir çox Türkiyə 1-ci Futbol Liqası klubu ilə birbaşa yayım razılığı imzalamış və 4 avqust şənbə günü Galatasaray-Fenerbahçe kubok matçını birbaşa yayımlamışdı. Bundan əlavə bu matçla birlikdə Magic Box Star 1, normal yayıma keçmişdir. O günə qədər sadəcə sözdə yeni kanala qarşı çıxan TRT, bu məsələyə görə "yayım bərabərliyini heç saydığı" bəhanəsi ilə yeni kanalın bağladılması üçün məhkəməyə müraciət etdi. Həmin vaxt SHP-nin etirazını araşdıran Anayasa Məhkəməsi də ANAP Hökumətinin (2-ci Özal Hökuməti) qəbul etdiyi 3517 saylı qanunla PTT-yə verilən ötürücülərin TRT-yə qaytarılmasına qərar vermişdi (ötürücülərin TRT-yə qaytarılma məsələsi isə 25 iyun 1992-ci ildə - yəni DYP-SHP koalisiya dövründə həll olundu). Bu gözlənilməz qərar nəticəsində qəzetlərə bütöv səhifədə elan verən Magic Box Star 1-in ötürücülərlə əlaqəsi yoxdur; birbaşa peykdən yayımlanır." deyə xəbər vermişdir.

Sentyabr ayında yayım saatını artıran Star 1 Adalar və Bakırköy bələdiyyələrinin qurduğu ötürücülərlə o tərəflərdə artıq normal antennalarla izlənməyə başlanmışdır. Tamaşaçı sayı təxminən 5000000-a çatmışdı. Özəl televiziya yayımlarının qanuni olub-olmadığının müzakirə olunduğu bir vaxtda bu köməyi edənlər Adalar Bələdiyyə Başçısı, ANAP üzvü Recep Koç və Bakırköy Bələdiyyə Başçısı, SHP üzvü Yıldırım Aktuna idi.

6 oktyabr 1990 şənbə günü həm TRT, həm də Star 1 yeni yayım dövrünə başlayaraq böyük rəqabətə girmişdilər. TRT-nin mövcud 5 kanalına rəqib olan Magic Box yeni dövründə Bütün Çocuklarım (All My Children), Hastane Günlüğü (General Hospital), Uçak Gemisi (Super Carrier) kimi xarici dizilər və cürbəcür kliplər yayımlamışdı. Hətta daha çox tamaşaçı cəlb etmək üçün "Dallas" adlı dizini yeni yayım dövründən iki həftə əvvəl, yəni 23 sentyabr 1990 bazar günü başlamışdı.

Dekabr ayının son günlərində qəzetlərə verdiyi reklamlarla tamaşaçı sayını 20000000-a çatdığını elan edən Star 1 31 dekabr 1990 gecəsi lotereyada iki BMW və üç Mazda avtomobili hədiyyə verəcəyini de bildirmişdi. TRT ilə rəqabəti artırmaq üçün ekrana on bir rəqqasə çıxartmışdı. TRT isə həmin gecə tək rəqqasə (Buse Başar) çıxartmışdı. Dövrün TRT sədri Kerim Aydın Erdem bu vəziyyəti "özəl kanallarla rəqabət" deyə bildirmişdi.

Normal yayım və Uzan dövrü

[redaktə | mənbəni redaktə et]

1992-ci ildə Cem Uzan Ahmet Özal ilə olan ortaqlığına son qoydu və məhkəmədən sonra Ahmet Özal Almaniyaya gedib Star 1 adını özünə keçirdi. Bu məsələdən xəbəri olan Cem Uzan kanalın adını gecə vaxtı İnterstar (1992) olaraq dəyişdirdi. Daha sonra da inter adını götürərək Star TV (16 yanvar 2002) adını qoydu.

Star TV 13 sentyabr 1992-ci il tarixində loqosunu tünd-mavi rəngli olaraq və ekranın sağ alt küncünə qoyaraq dəyişdirdi. 16 yanvar 2002-ci il tarixində - Cem Uzan dövründə kanal ədalətsiz rəqabətə imkan verdiyinə görə RTÜK tərəfindən verilən 15 günlük bağlanma cəzasından sonra loqonu qırmızı olaraq dəyişdirilməsinə qərar verildi. 1 may 2009-cu ildə isə yerini ekranın sol üst küncünə qoyaraq dəyişdirmişdir.

Kral TV, Teleon kimi bir çox kanal da əvvəl Star TV tabeliyindən çıxmış və yayımlarına bu telekanalın texniki işçiləri və proqramçıları tərəfindən hazırlanmış verilişləri ilə davam etdirmişdilər. 1999-cu ildə Türkiyədə ilk dəfə rəqəmsal yayımda yayımlanan Star TV 11 noyabr 2003-cü il tarixində tam rəqəmsal yayıma keçmişdir.

UEFA Çempionlar Liqasını Türkiyədə təşkilatı qurulduqdan bəri (1993-1994 futbol mövsümü) Star TV yayımlayır və bu liqanın yayım hüquqları 2015-ci ilə qədər Star TV-yə aiddir. 1991-2002 illərə arasında filmləri Parliament Cinema Clubun sponsorluğu ilə yayımlamış, loqosunu dəyişəndən sonra bu reklam razılığı da qurtarmışdır.

2002-ci ildə Türkiyədəki Seçkilərdən əvvəl, eyni zamanda kanalın əvvəlki sahibi, Genç Parti başqanı Cem Uzanın ən çox izlənən futbol qarşılaşmaları və dizilərin reklam aralarında televiziyaya çıxıb uzun danışmaları türk televiziya tarixinə maraqlı lətifə olaraq keçmişdi.

14 fevral 2004-cü il tarixində Uzan Grubu-na məxsus bütün şirkətlərin Tasarruf Mevduatı Sigorta Fonu-nun ələ keçirməsi ilə bir müddət dövlətin əlinə, 26 sentyabr 2005-ci il tarixində isə təşkil olunan görüşdə 306.500.000 dollar qarşılığında Doğan Medya Grubu tabeliyinə keçmişdir. Doğan Grubu kanalı aldıqdan sonra yenə öz kanalı Kanal D-dən bəzi serial və verilişləri Star TV-yə transfer etmişdi. İlk olaraq Kanal D-nin ən çox izlənilən dizilərindən "Sihirli Annem" Star TV-yə transfer edildi. Bu hadisə Doğan Grubu-nun iki kanalı arasındakı ilk "in house" transferi olaraq Türk televiziya tarixinə yazılmışdı.

1 mart 2006-cı il tarixində Avropada yaşayan türklər üçün "Euro Star" adında qardaş kanalı quruldu. 26 may 2009-cu il tarixində 20 yaşını qeyd edən Star TV 2009-cu ilin sentyabr ayında türk televiziya kanalları arasında ilk Web TV xidmətini başlatmışdı. Eyni zamanda Video Arxiv səhifəsini həyata keçirən ilk televiziya kanalı olmuşdu. Video arxiv səhifəsinin ən vacib funksiyası isə hər kəsə özünə aid arxiv yaratması və hər kəsin ada, tarixə görə keçmiş proqramları asan tapmasıdır.

Ana Xəbər Bülletenini həftəiçi Uğur Dündar, həftə sonları isə Nazlı Çelik təqdim etmişdi. Arena verilişini hər bazar ertəsi gecəsi Uğur Dündar təqdim etmişdi. İdman Müdiri, kanalda eyni zamanda idman spikeri olaraq UEFA Çempionlar Liqası matçlarını da şərh edən Ertem Şener olmuşdu. Digər futbol maçlarını isə Sabri Ugan və Uğur Önver şərh etmişdilər.

Doğuş dövrü

[redaktə | mənbəni redaktə et]

Star TV-nin tabeliyində olduğu İşıl Televizyon Yayıncılık şirkətinin 99,99 % hissəsinin Doğuş Yayın Grubu ilə razılıqlar nəticəsində 327.000.000 dollar qarşılığında 17 oktyabr 2011-ci il tarixində "NTV", "NTV Spor", "Kral TV", "CNBC-e", "e2" kanallarının tabeliyində olduğu Doğuş Yayın Grubu-na satılmışdır. Kanalın Doğuş Yayın Grubu-na satılması nəticəsində Uğur Dündar Star Haber-dən istefa verdi. Oktyabr 2011-dən bəri Star Haber-i həftəiçi Nazlı Çelik, Həftə Sonu Xəbərlərini isə Celal Pir təqdim edir.

Doğuş Yayın Grubu-na keçdikdən sonra yayım formatını dəyişdirən Star TV yayımladığı proqramları da dəyişdirdi. Digər milli kanalların yayım siyasətindən kənar yayım keçirməyi planlaşdıran Star TV "American Broadcasting Company"-nin Türkiyə təmsilcisi olmağı hədəflədiyini açıqladı. Səhər saatlarında Melek Baykalın aparıcısı olduğu səhər verilişi və Üstün Dökmenin hazırlayıb aparıcısı olduğu Küçük Şeyler verilişini yayımlamağa qərar verdi. Uzan Dövründə və daha sonra Doğan Dövründə də yayınlanmış "Pazar Gecesi Sineması" verilişini qaytardı. Bundan əlavə cizgi film sevərləri üçün növbənöv animasiya filmlərinin yayımlandığı "Düşler Sineması Kuşağı"nı yayımlamağa başladı. Bəzi seriallar yayımdan çıxardıldı, yerinə əvəzində yeni seriallar başladı. Muhteşem Yüzyıl serialının TVen-ə transfer ediləcəyini, amma TVen-in açılmadığı üçün serialı Star TV-yə transfer etdi.

Star TV rəhbərliyi kanalın loqosunu dəyişdirməyə qərar verdi. Qırmızı S hərfi üstündəki ağ ulduz şəklindəki loqonun yerinə ortası boş ulduz şəklində rəngli loqo istifadə ediləməyə başlandı. 31 dekabr 2011 tarixində İstanbul vaxtı ilə 19:00-da yeni loqonun reklam, proqram anonsları istifadə edilməyə başlandı. Kanalın introları yeniləndi, Doğuş Grubu tərəfindən yenidən yaradıldı. Digər DYG kanallarında olduğu kimi kanal loqosu ekranın sol üst küncündən sağ üst küncünə keçdi. Daha sonra loqonun ortasındakı ulduz şəklindəki boş yerə ağ ulduz əlavə edildi. 3 sentyabr 2012-ci il tarixində isə kanalın loqosunda yerləşən "Star" yazısı götürüldü və loqonun içindəki ağ ulduz biraz kiçildildi.

Rəhbərlik 2012-ci ildə Acun İlıcalı ilə 3 verilişlə, Celal Pir və Jülide Ateşin əvəzinə səhər xəbərlərini təqdim etməsi üçün Seda Akgül ilə razılaşdı. 4 iyul 2013-cü il tarixində 16:9 (geniş ekran) formatlı yayıma keçdi.

Günümüzdə Yayımlanan Serialları

[redaktə | mənbəni redaktə et]
  • Tezliklə: Kral Kaybederse
  • 2022-: Yalı Çapkını (Sezon Arası)

Əvvəlki adları

[redaktə | mənbəni redaktə et]

Star TV 21 may 2009-cu il tarixində HD yayıma başlamışdır. Türkiyədə Kanal D HD-dən sonra yayıma başlayan 2-ci HD kanaldır. 2005-ci ildə Doğan Grubu-nun kanalı almasından sonra SD yayıma davam etmişdi. Daha sonra isə Murat Saygı kanalın rəhbəri olarkən HD yayıma hazırlaşdı və 21 may 2009-cu il tarixində D-Smart-da "Star TV HD" adıyla yayıma başladı. 31 dekabr 2011-ci ilə qədər loqosu var idi. Kanal yeniləndikdən sonra bir loqosu olmadı. Əvəzində standart yayımdakı loqo və ekranın sol üst küncündə bir HD loqosu qoyuldu. Bu gün də öz loqosu olmadan yayımlanır. 3 yanvar 2014-cü il tarixindən etibarən Digiturk-də də yayımlanmağa başladı. Daha sonra yanvar ayının 24-dən də Teledünya-nın kanal siyahısına əlavə olundu. 18 sentyabr 2014-cü il tarixində şifrəsiz yayıma keçmişdir. Peyk məlumatları:

  • Türksat 4A: 12015, H, 27500, 5/6
  • Digiturk: 327-ci kanal
  • D-Smart: 24-cü kanal
  • Teledünya: 11-ci kanal
  • Tivibu: 315-ci kanal

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Eurostar
Euro Star
Loqonun şəkli
Ölkə Avropa İttifaqı Avropa İttifaqı
Yayım ərazisi Türksat 4A peykinin əhatə dairəsi
Dil Türk dili
Baş qərargah
Yaranma tarixi 1 mart 2006
Sahibi Doğan Yayın Holding (2006-2011)
Doğuş Yayın Grubu (2011-indi)
Şüar Star Her Yerde (2006-2007)
Star Altın Yılında (2007-2009)
Herkes Star'da, Star'da Eğlenceyi Yakala (2009-2010)
Star'da Bizi İzlemeye Devam Edin (2010-2011)
Star'a Bak (2011)
Gözlerinizi Alamayacaksınız (2012)
Bu Yazın En Sıcak Kanalı (iyun 2012-sentyabr 2012)
Türkiye'nin Bir Star'ı Var (2012-2014)Yaz Star'da Güzel (iyun 2013-sentyabr 2013/iyun 2014-sentyabr 2014)
Starsan Star'dasın (2014-)
Sayt startv.com.tr

Euro Star1 mart 2006-cı il tarixində Avropada yaşayan türklər üçün yayımlanmağa başladı. Demək olar ki, Star TV ilə eyni anda eyni proqramları yayımlayır. Türksat 4A peykindən izləmək mümkündür.

4 iyul 2013-cü il tarixindvə 16:9 formatlı yayıma keçmişdir.

Qardaş kanallar

[redaktə | mənbəni redaktə et]