Qarkınlar( digər adı: Qarxunlar) — türk-oğuz tayfası
Tədqiqatlara görə XI əsr-XII əsrlərdə Naxçıvan bölgəsində yerləşmişdilər. Fəzullah Rəşidəddinin (XIII əsr) Cami ət-Təvarix əsərində adı Karkın kimi çəkilir. Şərur rayonundakı Qarxun kəndinin adı Qarkınlarla bağlıdır.