Qarxun (Şərur)

QarxunAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi vahidində kənd.

Qarxun
39°32′47″ şm. e. 45°00′31″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Muxtar respublika Naxçıvan MR
Rayon Şərur rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 2085 (2009) nəfər
Xəritəni göstər/gizlə
Qarxun xəritədə
Qarxun
Qarxun

Şərur rayonunun eyniadlı i.ə.v. də kənd . Arpaçayının sahilində düzənlikdədir. Oykonim qədim oğuzlara qoşulmuş karkın tayfasının adı ilə bağlıdır. Bu tayfa haqqında ilk dəfə Rəşidədin məlumat vermişdir(XIII əsr). Əbdülqazi xan (XVI əsr) karkınların Oğuz xanının üçüncü oğlu Yulduz xanın nəvələrindən birinin törəməsi olduğunu qeyd etmişdir. Qaraqalpaqların tayfalarından birinində qarkın adlanması göstərilir. Karkınlar Oğuz tayfalarının tərkibində XI əsrin 30–40-cı illərində Azərbaycanda məskunlaşmış və yerli tayfalarla qarışmışlar. Dağıstan, Ermənistan, Türkmənistan və Özbəkistan ərazisində də eyni adlı kəndlər mövcuddur. Qarxun tayfalarını qarahunlarla da əlaqələndirirlər.[1]

Əhalisi 2085 nəfərdir.(2009-cu il)[2]

  1. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629