Qarqasar

Qarqasar - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı[1].

Tarixi İrəvan quberniyası əraziləri
Qarqasar
Ümumi məlumatlar
Ləğv edilib 1918-ci ildə

Toponimi[redaktə | mənbəni redaktə et]

1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Azərbaycanda və Ermənistanda "qarğa" sözünün iştirakı ilə düzəlmiş çoxlu toponim vardır. Toponimlərdə bu söz üç mə'nadadır.

  1. Qədim türk mənşəli karqa tayfasının adını əks etdirir. Qərbi Sibirdə, qırğızlarda və özbəklərdə Karqa tayfası mə'lumdur. Azərbaycanda Masallı, Xaçmaz və Naxçıvandv Qarqalıq kənd adları məhz bu tayfanın adını əks etdirir (yenə orada).
  2. Bə'zi mikrotoponimlərdə bu söz qarqa quş adını əks etdirir.
  3. Bə'zi toponimlərdə isə "qarqa" sözü türk dillərində karka - "üst-üstə düşmüş buzlaq mənşəli daşlar (qaya parçaları)"[2]sözünün təhrifidir. Qarqasar toponimi də məhz karka və hasar "qalaça", "hörükda ş", "tsiklopik tikinti" sözlərindən ibarətdir. Azərbaycanda Xırxatala (Zaqatala rayonu) kənd adı ilə mə'naca eynidir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  2. Мурзаев Э.М. Словарь народных географических терминов. М., 1984.
  3. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гаргасар // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.