Qartal sütunu

Qartal sütunu

Qartal sütunuQatçina Saray parkında bağ-park tikilisidir. Bu abidə kiçik təpə üzərində hündür tetraedr formasında olan pyedestalda yerləşən sütunu özündə təcəssüm etdirir. Sütunun zirvəsini mərmərdən olan qartal heykəli bəzəyir.

Bu sütun Silviya parkına gedən yolun ətrafında olan Amfiteatrın yaxınlığında yerləşir.

Qartal sütunu Saray parkının ən qədim park tikintilərindən hesab olunur. Sütun qraf Qriqori Orlovun Qatçinaya sahib olduğu vaxtlarda qoyulmuşdur. Buna görə də qartal təsvirinin onların ailə gerbində olması buna xarakterikdir.

Bu abidənin layihəsinin rəhbəri Antonio Rinaldi olmuşdur. Sütun Sankt-Peterburqda yerləşən İsaakiya kilsəsinin kontor emalatxanasında hazırlandıqdan sonra ilk əvvəl Çarskoye Seloya gətirilmiş, 1770-ci ildə isə pyedestal ilə birlikdə Qatçinaya gətirilmişdir.

Belə bir əfsanə mövcuddur ki, Qartal Sütununu imperator I Pavel tərəfindən oxla vurulmuş qartalın düşdüyü yerdə qurmuşdular. Lakin bu əfsanə həqiqət sayıla bilməz, çünki sütun Pavelin Qatçina sahib olmasından bir müddət əvvəl qoyulmuşdur.

XIX əsrin ortalarında sütun bir qədər əyildikdən sonra öz əvvəlki görkəmini itirmişdir. Bu səbəbdən 1858-1860-cı illərdə abidədə restavrasiya işləri aparılmışdır. Sütunu alt plintə qədər sökərək əvvəlki kimi ağ mərmərdən hazırlanan yenisi ilə əvəz etmişdilər. Həmçinin qartalın fiqurunda da bərpa işləri aparılmışdır.

Böyük Vətən müharibəsi zamanı sütun parkdakı bir çox başqa tikililər kimi güclü zərər çəkdiyindən, müharibədən sonra abidənin bərpa işləri aparılmışdır.

1980-ci illərin sonlarında abidə yenidən vandalizmə məruz qalmışdır. Belə ki yerli əhali bu abidəyə daşlar ataraq sütunun divarlarına ciddi zərər vuraraq qartalın qanadını dağıtmışdılar.

2011-ci ildə heykəlin qalıqları götürülmüşdür. Hal-hazırda sütunu heç nə bəzəmir.