Naumaxiya (Qatçina)

Naumaxiya (1917-ci il)

"Naumaxiya"  — Leninqrad vilayətinin Qatçina şəhərində Silviya parkının şimal sərhədində Kolpanka çayının sahilində yerıəşən hovuzdur. Tikili XVIII əsrin sonlarında - 1797-1799-cu illərdə Nikolay Lvovun layihəsinə əsasən tikilmişdir.

XVIII əsrin sonlarında Kolpanka çayının sahilində tikinti işlərinin aparıldığı zaman N.Lvov "şlüzlü Kaskad" adlanan bəndin tikildiyi büllur kimi şəffaf suya diqqət yetirir. Memar burada miniatürdə Sirakuzada keçirilən dəniz döyüşlərinin (navmaxiya) nümayiş olunduğu antik teatra oxşar "Naumaxiya" hovuzunu yaratmaq qərarına gəlir. Özünün yaratdığı Naumaxiyaya memar Lvov XVIII əsrin ikinci yarısında əksər peyzaj parklarını bəzəyən antik xarabalıq xarakterini vermişdir. Suyun mənbəyi qranitlə çərçivəyə alınmışdır. Həmin çərçivəyə alınmış yerə antik xarabalığa oxşar şəkildə mərmər sütunlarla bəzədilən daş pilləkanlar aparırdı.

Hal-hazırkı durumu

Yarıməsr mövcudluğu ərzində hava amillərindən asılı olaraq öz əvvəlki görkəmini itirmişdir. 1854-cü ildə tikilinin təmir işləri aparılmış, hovuz, terras və pilləkanlar yenidən yaradılmışdır. Sonradan burada heç bir iş aparılmamışdır. Sütunlar yeyilmiş, üz qabıqlarında çatlar əmələ gəlmişdir. Hal-hazırda həmin yerin üstü otlarla örtülmüşdür.

  • Ёлкина А. С.: Гатчина. Л. "Художник РСФСР" - 1980, səh. 82—83.
  • Памятники архитектуры пригородов Ленинграда. Л. Стройиздат, Ленинградское отделение - 1985, səh. 306.