Qasıməli Cantoşev (qırğ. Касымалы Жантошев;; 2 sentyabr [15] 1904, Tənizbay kəndi, Ak-Suu rayonu, İsıkgöl vilayəti, Qırğızıstan - 13 avqust 1968, Frunze) - qırğız ədəbiyyat və ictimai xadimi, yazıçı, dramaturq, tərcüməçi, aktyor, rejissor. Qırğızıstan SSR-in əməkdar artisti (1946), Qırğız SSR xalq yazıçısı (1968) olmuşdur. SSRİ Yazıçılar İttifaqı (1934) olmuşdur.[1]
Qasıməli Cantoşev | |
---|---|
qırğ. Касымалы Жантошев | |
Doğum tarixi | 2 (15) sentyabr 1904 |
Vəfat tarixi | 13 avqust 1968 (63 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | qırğız |
Təhsili | |
Fəaliyyəti | yazıçı, redaktor, dramaturq, tərcüməçi, ssenarist |
Əsərlərinin dili | Qırğız dili |
Janr | nəsr |
Üzvlüyü | |
Mükafatları |
"Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Əməkdə fərqlənməyə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı |
1926-cı ildə A.Kuttubayev, A.Botaliyev, S.Sabayev, K.Eşimbəyov və başqaları ilə birlikdə ümid verən gənc olaraq Qırğızıstan musiqi və dram studiyasına qəbul edildi. Musiqi və dram studiyasında çalışdığı illərdə bir neçə rol oynamış, eyni zamanda ilk pyeslərini: "Çobanlar", "Karaçaç", "Qırmızı və Mariya" və s. yazmışdır.
Sonradan Q.Cantoşevin yuxarıda göstərilən bütün pyesləri səhnəyə qoyulub. 1930-cu ildə Frunze şəhərində Pedaqoji Texnikumu bitirmışdır. Qırğızıstan Pedaqoji Kollecində müəllim işləyib, bir müddət kənd məclislərinin sədrlərinin hazırlanması kurslarından dərs keçib.
1934-1948-ci illərdə - Qırğızıstan Dram Teatrının aktyoru, rejissoru, səhnə rəhbəri kimi çalışıb. O dövrdəki sənət yoldaşlarına görə, xüsusilə Kirdram Teatrının repertuarındaki çətin, intellektual rolların öhdəsindən bacarıqla gəlir.
1948-1949-cu illərdə Kirgosizdatının redaktoru, 1949-1951-ci illərdə-Qırğızıstan SSR Xalq Komissarlığı incəsənət şöbəsinin müdiri, 1964-1968-ci illərdə Qırğızıstan SSR Mədəniyyət Nazirliyinin repertuar və redaksiya heyətinin baş redaktoru vəzifələrində çalışmışdır.
1943-cü ildə Q. Cantoşev Sovet İttifaqı Kommunist Partiyasına üzvlüyünə qəbul edildi. 1946 -cı ildə Qırğızıstanın Əməkdar İncəsənət Xadimi adına layiq görülmüşdür. 1968-ci ildə Qırğızıstan SSR xalq yazıçısı olmuşdur.[1]
Ədəbi karyerasına 1926 -cı ildə Qırğızıstan musiqi və dram studiyasının şagirdi olmaqla başlayıb. Daha sonra pedaqoji texnikomda oxuduğu illərdə ədəbi fəaliyyətini davam etdirmiş və dram dərnəyi üçün bir sıra şeirlər, bir pərdəli pyeslər yaratmışdır.
Bir çox nəsr əsərlərinin və qırxa yaxın pyesin müəllifidir, bunlardan ən əhəmiyyətlisi: "Qara saçlılar" (1928), xalq dastanı əsasında qəhrəmanlıq dramı "Kurmanbəy" (1942), "Xalqın müğənnisi" (1945), Toktoqul Satılqanova həsr olunmuş, şifahi xalq yaradıcılığı əsasında yazılmış "Mendirman" poemasıdır (1957). Üç cildlik "Kanıbəy" macəra romanı (1939-1948) qırğız xalqının inqilabdan əvvəlki həyatını əks etdirir. Yazıçının "Aşırımları aşan sular" (1955) roman və hekayələr toplusu, "Cənnət dağlarının çobanı" romanı (1963) və uşaqlar üçün nağılları da var. "Kurmanbəy" romanı və dramı qırğız milli mədəniyyətinin qızıl fonduna daxil olub.
Qasıməli Cantoşev həm də bədii tərcümə ustası kimi də tanınır. Aleksandr Ostrovskinin "Cehiz" pyesini, N. A. Ostrovskinin "Polad necə bərkidi" və s. romanlarını qırğız dilinə tərcümə etmişdir. Ssenari janrında çıxış edən ilk qırğız yazıçılarından biridir. "Qırğızfilm" studiyasında çəkilmiş "Tyan-Şan qızı" və "Kanıbəy" filmlərinin ssenari müəllifidir.[1]