Qasıməli Zahirnejad

Qasıməli Zahirnejad (1924, Ərdəbil13 oktyabr 1999, Tehran) – İranın Azərbaycan əsilli hərbçisigeneral-mayoru.[1]

Qasıməli Zahirnejad
fars. قاسمعلی ظهیرنژاد
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ərdəbil
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi Ürək tutması
Dəfn yeri
Vətəndaşlığı İran İslam Respublikası
Hərbi fəaliyyəti
Mənsubiyyəti İran
Qoşun növü İran Quru Qoşunları
Rütbə General-mayor
Vəzifəsi İran ordusunun Baş Qərərgah Rəisi
Döyüşlər Kürd üsyanı
İran-İraq müharibəsi
Təltifləri Nəsr ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Qasıməli 1924-cü ildə Ərdəbil şəhərində anadan olmuşdur.

1999-cu ildə ürək tutması nəticəsində vəfat etmişdir. Tehran şəhərində Behişti-Zəhra məzarlığında dəfn edilmişdir.

Təhsili[redaktə | mənbəni redaktə et]

1951-ci ildə İmam Əli Hərbi Universitetini bitirmişdir.

Karyerası[redaktə | mənbəni redaktə et]

O, 1973-cü ildə polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxmışdır, lakin 1979-cu il İran İslam inqilabından sonra yenidən orduda xidmət etməyə çağırılmışdır. Beləliklə, Urmiyadakı 64-cü diviziyaya komandan təyin edilmişdir. 1980-ci ildə general rütbəsi verilməklə İran jandarmasının komandanı təyin edilmişdir. 1981-ci ildə İran nizami ordusunun baş qərərgah rəisi təyin edilmişdir.[2]

İran-İraq müharibəsi zamanı onun israrla bəzi taktikalar izləməsi İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbər şəxsləri ilə arasında toqquşmalar yaşanmasına səbəb olmuşdu.

1989-cu ildə general-mayor rütbəsinə yüksəldilmişdir.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "امیر سرلشگر ظهیرنژاد که بود؟". aja.ir. 2019-09-03 tarixində orijinalından arxivləşdirilib.
  2. "Qasem-Ali Zahirnejad". military.wikia.org. 2021-10-22 tarixində arxivləşdirilib.
  3. "MG Qasem-Ali Zahirnejad". www.findagrave.com. 2019-09-09 tarixində arxivləşdirilib.