Qasım Süleymaninin dəfn mərasimi (fars. تشییع جنازه و خاکسپاری قاسم سلیمانی) — İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru, Qüds qüvvələrinin komandiri Qasım Süleymani ilə İran və İraqın müxtəlif şəhərlərində generalın doğma şəhəri olan Kirmanda təşkil olunmuş hüzür və dəfn mərasimləri. Mərasimlər Bağdad, Kərbəla, Nəcəf, Əhvaz, Məşhəd, Tehran və Qum şəhərlərində geniş kütlələr tərəfindən təşkil olunmuşdur. Süleymaninin cənazə mərasimi 1989-cu ildə Tehran şəhərində İran İslam Respublikasının qurucusu, Ruhullah Xomeyninin cənazə mərasimdən sonra İrandakı ən böyük kütləvi dəfn mərasimi olaraq tarixə keçmişdir.[1][2][3]
7 yanvar 2020-ci ildə Kirmandaki dəfn mərasimində izdiham baş verdi, ən azı 56 nəfər həlak oldu və 200-dən çox adam yaralandı.[4] Nəticədə, kütləvi izdiham səbəbindən Süleymaninin dəfni təxirə salındı.[5][4]
Süleymani 8 yanvar çərşənbə günü, İranın İraqdakı iki ABŞ hərbi bazasına hücumundan bir neçə saat sonra doğma şəhəri Kirmanda dəfn edildi.[6][5]