Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Qasım Sultan Əfşar — Səfəvi hökmdarı I Şah Abbasın dövründə xidmət etmiş hərbi xadim və dövlət məmuru.
Qasım Sultan Əfşar Əfşar tayfasının İmanlu qoluna mənsub olmuşdur. Bu tayfa ən qədim və ən güclü Qızılbaş tayfalarından biri olmuş və ən əvvəldən Səfəviləri dəstəkləmişdirlər.[1][2] Şah I Abbasın hakimiyyətinin erkən dövrlərində Qasım Sultan Əfşar Kırmanşahın ətrafındakı sulaq əraziləri qorumaqla mükəlləf olan bir qrup Əfşar döyüşçüsünə komandanlıq edirdi.[1] Səfəvi-Osmanlı müharibələrinin tez-tez baş verdiyi XVI əsri sonları və XVII əsrin əvvəllərində döyüşlərdə özünü yaxşı cəhədən göstərməyi bacaran Qasım Sultan Əfşar 1622-ci ildə Mosulun hakimi təyin edildi.[3][1][4] Lakin qısa müddət sonra bölgədə taun xəstəliyi yayıldı və Qasım Sultan tayfasının sağ qalan üzvləri ilə birlikdə Azərbaycanın qərbində yerləşən Urmiya bölgəsinə köç etdi.[1] Beləliklə, o, Urmiyanın Əfşar icmasının əsasını qoyan şəxs oldu. Onun oğlu Kəlbəli bəy əfşar 1627-1628-ci ildən[1] (və ya 1630-dan[5]) 1648-ci ilə qədər[5] Urmiyanın hakimi olmuşdur. Onun soyundan gələnlər Qasımlı klanının əsasını qoymuşdurlar. Klanın adlandırması Qasım Sultan Əfşarın adından gəlməkdədir.[1]