Qasım bəy Heydərov

Qasım bəy Minətulla bəy oğlu Heydərov (1858-1918) — Rusiya ordusunda ştabs-kapitan.

Qasım bəy Heydərov
Qasım bəy Minətulla bəy oğlu Heydərov
Dərbənd Şəhər İctimai İdarəsinin başçısı
1900 – 1912
SonrakıHəmid bəy Vəkilov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dərbənd, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat səbəbi qətl
Atası Minətulla bəy
Uşağı İbrahim bəy Heydərov

Minətulla bəyin kiçik oğludur. Dərbənddə ibtidai məktəbi, Bakıda real məktəbi bitirib, hüquq təhsili alıb. Az müddət Peterburqda rus ordusunda qulluq edib və ştabs-kapitan rütbəsində ehtiyata buraxılıb. Bir rus qızıyla evlənib. 1878-ci ildə onunla Dərbəndə gəlib və ömrünün sonuna qədər burada onunla yaşayıb, Bakı dairə məhkəməsində özəl vəkil işləyib. Uşaqları olmayıb.

Dərbənddə onun geniş həyətli, xüsusi evi (Buynak küçəsində) və Calqan gədiyinin ətəyində böyük üzüm bağı vardı (yerli sakinlər ondan indi də istifadə edir, oranı Qasım bəy bağı adlandırır). O, üzümçülük və şərabçılıqla məşğul olaraq bu sahədə xeyli uğur qazanıb. 1900-cü ildə Dərbənddə olmuş məşhur fransız səyyahı və arxeoloqu baron dö Bai’nin onun haqqında fikirləri maraqlıdır: “Dərbəndin başçısı Türkdür, sözün çağdaş anlamında mədənidir, Avropa qaydasında geyinib, yaxşı şərabçıdır, əla idarəçidir; onun söhbəti onun irqindən olan adamlarda necə böyük keyfiyyətlər tapmaq mümkün olduğunu mənə sübut etdi”. Məhz bu keyfiyyətləri sayəsində Qasım bəy Dağıstan vilayətinin ən fəal xadimlərindən biri sayılıb. O, ciddi ictimai-siyasi fəaliyyətlə məşğuldu. 1900-cü ildə Dərbənd şəhərinin başçısı seçilərək şəhər yığıncağının 3-cü və 4-cü çağırışlarında da təkrarən bu vəzifəyə layiq görülüb.

1912-ci ildə Qafqaz canişini Vorontsov-Daşkov Qasım bəyin soyadını inqilabi fəaliyyətinə görə şəhər başçılığına namizədlər siyahısından çıxarıb və Həmid bəy Vəkilov başçı seçilib.

1914-cü ildə Qasım bəy Heydərov Müsəlman Milli Komitəsinin yerli bölümünü yaradıb və 1918-ci ildə Dərbənddə sovet hakimiyyəti qurulanadək ona başçılıq edib.

1918-ci ildə Vladiqafqazda sosial-demokrat partiyasının qurultayı keçirilib və Qasım bəy də heyətlə buraya dəvət edilib. Qurultaydan sonra onlar evə qayıdarkən Məhəmmədqala stansiyasında erməni komitəçiləri qatarı dayandırıb və başda Qasım bəy olmaqla 5 nəfəri vaqondan çıxararaq meşəyə aparıb və orada güllələyiblər.[1]

  1. "Arxivlənmiş surət". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-03.