Qasımiyyə mədrəsəsi

Qasımiyyə mədrəsəsi — XV əsrin sonralarında Ağqoyunlular dövləti tərəfindən Mardində tikilmiş tarixi abidə[2].

Qasımiyyə mədrəsəsi
Kasımiye medresesi
Xəritə
37°18′15″ şm. e. 40°42′54″ ş. u.
Ölkə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağqoyunluların hökmdarı Uzun Həsən bölgəni ələ keçirdikdən sonra Qara Yuluq Osman bəyin nəvəsi və öz qardaşı Cahangir bəyin oğlu Qasım bəy Cahangiri bura hökmdar təyin edir[3]. Qasım bəy Cahangir bayandur bəylərinin hakimiyyət uğrunda mübarizələrinə qarışmamış Mardini idarə etmişdir[4]. Teymurun yürüşündən sonra əziyyət çəkmiş Mardin şəhərini yenidən dirçəldib burada dağıdılmış şəhəri, məscid və meydanları bərpa etdirib. Qasımiyyə mədrəsəsi XV əsrin sonunda Mardin şəhərində tikilib.

XIX əsrdə yaşamış Osmanlı tarixçisi Əbdülsalam Əfəndi Qasım bəy Cahangirin tikinti siyasəti və dövrdə etdikləri haqqında bunları yazıb:

" Ağqoyunlu hökmdarı Uzun Həsən bölgəni ələ keçirdikdən sonra oranın idarəetməsini öz qardaşı oğlu Cahangir Qasım padşaha verdi. Sultan Qasım Mardin şəhərinin Teymurun yürüşlərindən əziyyət çəkən hissələrini bərpa etmək haqqında əmr etdi. Mardini bərpa etmək hər adamın işi deyildi. Qasım padşah Təbrizdən, Azərbaycandan və digər yerlərdən insanları toplayıb, onları məscidləri, hamamları, bazarları və evləri bərpa etmək üçün Mardinə gətirir. Bərpa işləri şəhər gözəl hal alana qədər davam etdirilir. Mardin şəhərindən başqa o, bir çox kəndləri də yenidən bərpa etdirir. Qasım sultan şəhərin kənarında tikilmiş öz mədrəsəsində dəfn edilib[5]. "

Mədrəsə 2 hissədən ibarətdir. Giriş qapısının şərqində həyət boyunca yerləşmiş hücrələr olan hissə və giriş qapısının qərbində Hənəfi məscdinin yerləşdiyi hissə. Mədrəsənin qərbində yerləşən və girişi monumental portaldan olan günbəzli məkan Hənəfi məscididir. Məscidin üstü və türbəsi günbəzlidir. Hənəfi məscidi ölçüləri 5,10 x 15,94 metr olan düzbucaqlı şəklindədir. Məscid diametri 6,54 metr olan cilalanmış soğan tipli günbəzlə örtülüb[6].

Portalın mərkəzində həyətdən cənuba doğru yay mehrabı yerləşir. Yay mehrabının tağı, 2 bitişik tağ və eyvanın sağında və solunda yerləşən tağlar daşdan düzəldilib və ulduz formasındadır. Mədrəsə hissəsindəki türbənin ölçüləri 4,08 х 7,06 metrdir. Onun diametri 4.27 metr olan kəsilmiş qübbəsi var. Şafi məscidinin ölçüləri isə 3,94 х 7,10 metrdir və türbə ilə onun arasında bir neçə sm fərq var. Bu məscidin də qübbəsinin diametri 4.27 metrdir. Türbənin və Şafi məscdinin ölçüləri demək olar ki eynidir[6].

  1. 1 2 archINFORM (alm.). 1994.
  2. "Kasımiye Medresesi - Mardin" (türk). kulturportali.gov.tr. 9 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2022.
  3. Murat Çağlayan1135. «Anadolu’da Bir Akkoyunlu Kültür Mirası: Mardin Kasımiye Medresesi». Ankara: Mavi Kitap Yayıncılık. 2016. səh. 1135. ISBN 978-605-83631-1-3. Archived from the original on 2022-12-01. İstifadə tarixi: 2022-12-01.
  4. Şahin Mustafayev. Mardində Ağqoyunlu Qasım bəy Cahangir vəqfi. Bakı: Nurlan nəşriyyatı. 2003. səh. 101. Archived from the original on 2022-12-01. İstifadə tarixi: 2022-12-01.
  5. Abdulselam Efendi. «Mardin Tarihi». İmak Ofset Basım Yayın San. Tic. Ltd. Şti. 2007. səh. 71. ISBN 978–975–585–795–4. Archived from the original on 2009-03-12. İstifadə tarixi: 2022-12-01.
  6. 1 2 Murat Çağlayan1135. «Anadolu’da Bir Akkoyunlu Kültür Mirası: Mardin Kasımiye Medresesi». Ankara: Mavi Kitap Yayıncılık. 2016. səh. 1140. ISBN 978-605-83631-1-3. Archived from the original on 2022-12-01. İstifadə tarixi: 2022-12-01.