Qasırğa (povest)

Qasırğa (ing. Storm) - Teodor Drayzer tərəfindən yazılmış povestdir. Povestdə ailə, məhəbbət, qadın həyatı kimi məsələlərə toxunulmuşdur. “Qasırğa” Drayzerin birbaşa orijinaldan Azərbay­can dilinə tərcümə edilmiş ilk əsəridir.

Qasırğa
İngiliscə: Storm
Müəllif Teodor Drayzer
Janr Klassika
Orijinalın dili ingilis
Növ povest

Məzmun[redaktə | mənbəni redaktə et]

Əsərin baş qəhrəmanı-İda,mühafizəkar ailədə böyüyüb. Atası Uilyam Zobel onları əhatə edən Amerika dünyasının yüngüllüyü və başıpozuqluluğu ilə heç cür barışa bilmirdi. O, İdanın böyüməsi və tərbiyəsi üçün sərt qaydalar tətbiq etdi. İdanı öz qaydaları ilə şəhər məktəblərindən seçilən, hətta bir qədər də dini məktəb hesab edilən məktəbdə oxutdurdu. Bunlara baxmayaraq, İda həyatın sevinc və ləzzətlərini duyurdu.

İda şən və gümrah gəncləri görüb, valideynlərinin ona olan münasibəti ona darıxdırıcı gəlirdi. Dərsdən sonra atasının dükanında işləyirdi. Bütün bu ehtiyyatkarlığa baxmayaraq, getdikcə qızın ürək döyüntüləri artırdı. Bir gün o, məşhur kömür tacirinin oğlu Edvard Hauptvencerin diqqətini cəlb edir, macəra axtarırdı. İdanın haqqında öyrənməyə başlayır. Qızın ətrafında tez-tez peyda olurdu. Amma dostlarına "qızı ələ alacağam, gözləyin, görərsiniz" deyirdi. Bir axşam, Zobel dükanda olmayanda Edvard dükana gəldi, onlar söhbətləşməyə başladılar. Edvard İdanın xoşuna gəlirdi. Edvard fürsəti əldən vermədən, qızın atası ilə danışır və qızla gəzmək üçün icazə alır.

Onların görüşləri artıq tez-tez və uzunmüddətli olmağa başlamışdı. Görüşlərin birində İda tərəddüd edib onu evə aparmasını Edvarddan xahiş edir. Bundan sonra isə Edvard ondan uzaqlaşır. İda hamilə olduğunu öyrənir və ona məktublar yazır. Atasının bu işdən xəbər tuta biləcəyindən bəhs etsə də, Edvard bunların heç birinə məhəl qoymur, günahı İdada görür və onu özündən uzaqlaşdırmağa çalışır.

İda artıq təngə gəlib atasının silahını götürür. Edvardın qarşısını kəsir, onu qorxutmaq üçün silahı çıxarır. Bu zaman, təsadüf nəticəsində silahdan atəş açılır. İda özünü də güllələmək istəsə də, insanların qışqırıqlarını eşidib qaçır.

İda cinayəti boynuna alır. Şəhərin səfalı guşələrindən birində ona otaq ayrılır, bir müddət sonra uşağı dünyaya gəlir. İntihar düşüncələri onu rahat buraxmır. İda Edvardla həmişə görüşdükləri gölün kənarına gedir və intihar edir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Teodor Drayzer. Qasırğa. Bakı: "Qanun" nəşriyyatı. 2018.