Qaspe yarımadası (ing. Gaspé Peninsula) və ya Qaspesiya yarımadası — Müqəddəs Lavrenti çayının cənub sahilindən Kanadanın Kvebek əyalətində yerləşən Matapedia dərəsinə qədər uzanan, Müqəddəs Lavrenti körfəzi ilə əlaqələnən yarımada. Yarımada Nyu Brunsvikdən Şalor körfəzi və Restiquş çayı vasitəsilə ayrılır.
Qaspe yarımadası | |
---|---|
en/Gaspé Peninsula | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 31.075,36 km² |
Yerləşməsi | |
48°39′29″ şm. e. 65°45′10″ q. u. | |
Ölkə | Kanada |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
"Qaspe" sözü miqmaq dilindəki "gaspeg" sözündən gəlir və mənası "torpağın sonu"dur. Başqa bir versiyaya görə yarımada adını bask dilindəki "gerizpe" ("sığınacaq") sözündən götürüb.[1]
Yarımadanın sahəsi Belçikanın sahəsindən bir qədər böyükdür: 31.075 km2. 2011-ci ilə aparılan siyahıalmaya görə Qaspedə 140.599 nəfər yaşayır.[2]
Yarımadanın şimal sahilində, Müqəddəs Lavrenti çayı boyunca sıldırım qayalar üstünlük təşkil edir.[3] Müqəddəs Lavrenti körfəzinə çıxan Kap Qaspe uçurumu yarımadanın ən şərq nöqtəsidir. Təbii tağ tərəfindən dəlinmiş kiçik ada olan Pers qayası yarımadanın sadəcə şərq sahilindən aralıda yerləşir. Yarımadanın daxili nahamardır. Şimala doğru uzanan və Appalaç dağlarının davamı olan Çik-Çoks dağlarında yarımadanın ən hündür nöqtəsi olan Cek-Karter zirvəsi yerləşir (1.268 metr).
1.151 metr hündürlüyə malik Albert dağı Çik-Çoks dağlarının digər hündür zirvəsidir.[4][5] Albert dağının yoxuşluğunun üstəsindən gəlmək müşküldür, amma Müqəddsə Lavrentinin və Kot Norun mənzərəsinə, çayın şimal sahilinə, Kanada qalxanına görə turistlərin diqqətini çəkir.
Yarımadanın daxili hissələrinin çoxunu Appalaç dağlarının ardı — Notr Dam dağlarının hissəsi olan Çik-Çok dağları təşkil edir.
Dəniz səviyyəsindən 660 metr yüksəklikdə yerləşən Merdokvill şəhərinin maraqlı tarixi var və burada bir neçə külək turbinini görmək mümkündür. Şəhər 198-ci yolla yarımadanın şimal sahili əlaqələnir. 198-ci yol boyunca yarımadanın şərqindəki Qaspe şəhərinə qədər York çayı axır.