Qatırquyruğu acılıq

Qatırquyruğuyabənzər acılıqotu (lat. Ephedra equisetina)[1] - acılıqotu cinsinə aid bitki növü.[2]

Qatırquyruğuyabənzər acılıqotu
Elmi təsnifat
Aləm:
Dəstə:
Fəsilə:
???:
Qatırquyruğuyabənzər acılıqotu
Beynəlxalq elmi adı

Ümumi yayılması[redaktə | mənbəni redaktə et]

Qafqaz, Orta Asiya (Qazaxıstan), Balkanlar, Monqolustan və Çində (Tibet) təbii halda yayılmışdır.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-də, Qobustanda, Şamaxıda Sitalçay (Axar-Baxar) boyunca orta dağ qurşağında qayalıq yerlərdə bitir.

Statusu[redaktə | mənbəni redaktə et]

Azərbaycanın nadir btkilərindəndir. LC.

Bitdiyi yer[redaktə | mənbəni redaktə et]

Quru daşlı-qayalı yerlərdə rast gəlinir.

Təbii ehtiyatı[redaktə | mənbəni redaktə et]

Təbii halda Azərbaycanda arealı çox geniş deyildir.

Bioloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1,5 m-ə çatan, boz gövdəli, yoğun və sıx budaqlı koldur. Şaxələri düz, sallaq, hamar buğumlu və nazik şırımlı olub, diametri 2 mm-ə qədərdir. Düyün aralarının uzunluğu 2-4 sm-dir. Yarpaqları cüt-cüt düzülmüş, pərdəciklidir, aşağıdan üçdə bir hissəsi bitişmişdir, yuxarıdan qısa üçbucaqlıdır.

Tozluq sünbülcükləri tək-təkdir və ya 2-3-ü bir yerə toplaşmış, kürə şəklindədir, 2-4 çiçəklidir, 4–5 mm uzunluqdadır, xarici çiçəkaltıqları dəyirmi-ovaldır, aşağı¬dan üçdə bir hissəsi bitişmişdir. Meyvəverən sünbülcükləri 1–2 mm uzunluqda olan ayaqcıqlar üzərindədir, birçiçəklidir və 2-3 cüt çiçəkaltlığı vardır. Daxili çiçəkaltlığının üçdə iki hissəsi düz çıxan və ya azca əyilmiş borucuğa bitişmişdir, bütöv və ya dilimlidir. Meyvələri kürə şəkilli, 6–7 mm uzunluqdadır. Yetişmiş meyvələri qırmızı və ya çəhrayı-qırmızı rəngli, lətlidir.

Toxumları dəyirmi və iki cür qabarıqdır, 4–6 mm uzunluqdadır. Aprel-may ayında çiçək açır. Meyvələri avqustda yetişir.

Çoxalması[redaktə | mənbəni redaktə et]

Generativ və vegetativ yolla çoxalır. Qafqaz, Orta Asiya (Qazaxıstan), Balkanlar, Mon-qolustan və Çində (Tibet) təbii halda yayılmışdır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir. Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı kitabı"na salınması tövsiyə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine