Qatillər

1. Kolumbiyalı Pedro Alonso Lopez "Andlı əcaib" ləqəbini daşıyırdı. O, 1980-ci ildə Kolumbiyada, Ekvadorda və Peruda 300 insanı qətlə yetirməkdə günahlandırılıb. Lakin onun törətdiyi ölüm hadisəsindən yalnız 57-ni sübut etmək mümkün olub.

2. Böyük Britaniyadan olan həkim Harold Şipman 25 illik həkimlik praktikası dövründə ən azı 215 insanın həyatına bais olub. Məhkəmədə qurbanların sayının 494 nəfər olduğu bildirilsə də, onları sübut etmək olmayıb.

3. Kolumbiyalı Luis Alfredo Qavarito 1999-cu ildə 140 nəfəri qətlə yetirdiyini etiraf edib. Onun işi ilə bağlı təhqiqatlar hələ də davam edir.

4. Donald Henri Qaskins ABŞ vətəndaşıdır. Cinayətkar silsilə qətllər törətdiyinə görə 1991-ci ildə edam olunub. Xəfiyyələr onun 100-dən artıq adamı qətlə yetirdiyini güman edirlər.

5. Pakistanlı Cavid İqbal 100 uşağı qətlə yetirməklə bağlı günahı sübuta yerilib və o, 2000-ci ilin martında edam olunub.

6. Henрi Li Lukas Birləşmiş Ştatlardandır. 1979-cu ildə o, naməlum turisti qətlə yetirdiyinə görə ölüm cəzasına məhkum edilib. 1980-ci illərdə o, yüzlərlə qətllər törətdiyni etiraf etsə də sonradan öz ifadələrindən imtina edir. Onun barəsində çıxarılan ölüm hökmü ömürlük həbs cəzası ilə əvəz edilib.

7. Delfina və Mariya de Ezus Qanzaleslər. Bu meksikalı bacılar və yeməkxana sahibələri 1964-cü ildə 80 qadını və ən azı 11 kişini qətlə yetirdiklərinə görə 40 il həbs cəzasına məhkum ediliblər.

8. Rusiyalı Andrey Çikatilo 1992-ci ildə 52 insanın öldürdüyünə görə mühakimə olunub. Halbuki, o özü 55 və daha artıq insanı qətlə yetirdiyini boynuna alıb.

9. Ukraynadan olan Anatoli Onoprienko beş il müddətində Ukrayna kəndlərindəki əhalini dəhşətə salıb. Bu müddət ərzində o, 52 günahsız insanı qətlə yetirib. 1999-cu ildə Onoprienko edam olunub.

Mənbə[redaktə | mənbəni redaktə et]