Andrey Çikatilo (16 oktyabr 1936[1][2], Yabloçnoe[d], Ukrayna SSR, SSRİ – 14 fevral 1994[1][2], Novoçerkassk, Rostov vilayəti) — sovet seriyalı qatili, pedofil, nekrofil və kannibal.[3]
Andrey Çikatilo | |
---|---|
Андрей Чикатило | |
Doğum adı | Andrey Romanoviç Çikatilo |
Ləqəbləri |
"Rostov qaniçəni" "Vətəndaş iks" "Qırmızı kabus" |
Doğum tarixi | |
Doğum yeri | Yabloçnoe, Sum vilayəti, Ukrayna SSR |
Vəfat tarixi | (57 yaşında) |
Vəfat yeri | Novoçerkassk, Rostov vilayəti, Rusiya |
Vəfat səbəbi | güllələnmə |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ Rusiya |
Qətllər | |
Qurbanların sayı | 53-65? |
Qətllərin dövrü | 1978—1990 |
Qətllərin yeri | Rostov vilayəti |
Qətl üsulları | çoxsaylı bıçaq yaraları, boğma |
Silah | bıçaq |
Qətl səbəbləri | seksual |
Həbs tarixi | 20 noyabr 1990 |
Cəzası | güllələnmə hökmü |
Vikianbarda əlaqəli mediafayllar |
Andrey Çikatilo 16 oktyabr 1936-cı ildə Sum oblastının Yabloçnoe kəndində anadan olmuşdur. Onun ailəsinin sözlərinə görə oktyabr ayına aid olmayan havada, güclü yağışda doğulmuşdur. Məlumat var ki, Çikatilo hidrosefaliya əlamətləri ilə anadan olmuşdur. 12 yaşına qədər gecələr sidik saxlamamaqdan əziyyət çəkirdi, ona görə də anası tərəfindən döyülürdü.
1943-cü ilə onun bacısı anadan oldu. Onun atası cəbhədə idi. Bəlkə də o öz anasının həmişə alman əsgərləri tərəfindən zorlanmaya məruz qaldığını gördüyü üçün belə olmuşdur.
1944-cü ildə Çikatilo 1-ci sinfə getdi. 1946-cı ildə aclıq dövrü başlandı, ona görə də o, evdən çıxmırdı ki, onu yeyərlər: anası ona demişdi ki, aclıq vaxtı onun böyük qardaşı Stepanı tutub və yeyiblər. Elə versiya irəli sürülür ki, hələ aclıq vaxtı onun böyük qardaşını valideynlər özləri yeyiblər, amma araşdırmalar zamanı onun böyük qardaşı haqqında heç bir məlumat tapılmamışdır.
1954-cü ildə Andrey orta məktəbi bitirib, hüquq fakültəsinə qəbul olunmağa çalışırdı, amma kursu keçə bilmədi. O, elə hesab eləyirdi ki, onu ona görə instituta götürmədilər ki, onun atası "satqın" və "xalq düşməni" idi.
1955-ci ildə Çikatilo Axtır texniki əlaqələr məktəbini bitirdi. Bundan sonra o, Moskva elektromexaniki institutunun dəmiryol nəqliyyatının qiyabi şöbəsinə daxil oldu.
1957–1960-cı illərdə orduda xidmət etdi. O hərbi xidmətini Berlində etdi. Onun sozlərinə görə orda, o, bütün alçalmalara, seksual təzyiqlərə məruz qaldı.
Hərbi xidmətdən sonra o, Rostov na Donu yaxınlığında olan – Rodionovo Nesvetayskaya əyalətinə köçdü. O, orda telefon stansiyasında mühəndis işləməyə başladı.
1962-ci ildə Çikatilonun bacısı Tatyana öz rəfiqəsi ilə Faina ilə tanış etdi (1964-cü ildə onun arvadı oldu). Toydan sonra Çikatilo Rostov universitetinin Filologiya fakültəsinin qiyabi şöbəsinə qəbul oldu. Həmin ildə Faina oğlan dünyaya gətirdi, amma 8 aydan sonra uşaq öldü. 1965-ci ildə Çikatilonun qızı Lyudmila anadan oldu, 1969-cu ilin 15 avqustunda oğlu Yuri anadan oldu, hansı ki sonradan cinayətkar oldu. 1965-ci ilin aprelində Çikatilo rayon bədən tərbiyəsi ve idman üzrə komitəsinin sədri seçildi. 1970-ci ildə o, marksizm-leninizm kursu üzrə pedaqoji institutunun qiyabi şöbəsini bitirdi, Novoşaxtinska 32 nömrəli məktəb-internetda rus dili və ədəbiyyat müəllimi işləməyə başladı (sonra tərbiyəçi).
Andrey Çikatilo 1992-ci ildə 52 insanın öldürdüyünə görə mühakimə olunub, halbuki o özü 55 və daha artıq insanı qətlə yetirdiyini boynuna almışdır.