Qayıdan qırtlaq siniri

Qayıdan Qırtlaq Siniriing. Recurrent Laryngeal Nerveen boyunun sol tərəfindəki Vagus sinirindən çıxan qarışıq sinirdir.

Bu sinir, birbaşa beyindən çıxan sinirlərdən biri olan "vagus"un qollarından biridir və qırtlaq üçün mühərrik funksiya və qəbul etmə qaynağıdır. Xüsusilə qalxanvari vəzi ilə yaxın əlaqəli bu sinir, qalxanvari vəzin alınması zamanı zərər görərsə nitq qüsurluluğuna səbəb ola bilər.

Sinir nəfəs borusunun sağ və sol ağciyərə getmək üzrə ikiyə ayrıldığı nöqtədə geriyə doğru bir çıxış edir. Buradan da düz qırtlağa çıxır. Təxmini 20 sm qədər bir uzunluğa malikdir. Ancaq, bu sinirin simmetriyasında olan və sağ faqustan ayrılan qırtlaq siniri, soldakının əksinə yolu uzatmadan birbaşa qırtlağa çatır.

Sudan quruya və buradan da məməlilərə təkamül əsnasında, boyun ortaya çıxarkən qəlsəmələri dəyişməyə uğradaraq qalxanvari vəzi, qalxanvari-ətraf vəzini və qırtlağı meydana gətirmişdir. Keçmişdə qəlsəmələrə xidmət edən qan və sinir damarları isə artıq bu fərqli fiziki parçalara xidmət etməyə başlamışdır. Təkamül müddətində damarlar da bu orqanlara uyğunlaşma təmin edəcək şəkildə dəyişməyə başlamışdır. Bu dəyişikliklər əsnasında bir-birləri ilə olan sıralı əlaqələr də ortadan qalxmışdır və boyun ilə birlikdə kompleks bir quruluşa bürünmüşdür. Geri dönən qırtlaq siniri də bu qarışıqlıqda payına düşəni almışdır.

http://tekamulaz.blogspot.com/