Qay Helvidi Prisk (konsul)

Qay Helvidi Prisk (lat. Gaius Helvidius Priscus; 55, Roma96) — Roma imperiyasının siyasətçisi, 87-ci ildə konsul-suffekt.

Qay Helvidi Prisk
Şəxsi məlumatlar
Doğum tarixi 55
Doğum yeri
Vəfat tarixi 96
Fəaliyyəti siyasətçi
Anası bilinmir

Qay Helvidi Prisk 55-ci ildə Romada, eyniadlı zadəganlar ailəsindən idi. O, stoaçı filosof və müxalifətçi Qay Helvidi Priskin oğlu olmuşdur. Yaxşı təhsil alan Prisk gəncliyində senator olmuşdur. O, 87-ci ildə Qay Bellisi Natal Tebanianla birlikdə konsul-suffekt təyin edilmişdir. Prisk sonradan siyasətdən əl çəkərək kənddə yaşamağa başlamışdır. O, hökuməti tənqid edən poetik bir kitabça tərtib etmiş və bu, imperator Domisianı qəzəbləndirmişdir. Helvidi 96-cı ildə həbs edilmiş və burada vəfat etmişdir.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Qay Helvidi Prisk mövzularını Romayunan miflərindən götürdüyü çoxsaylı faciələrin müəllifi olmuşdur. Eyni zamanda, onlarda gündəlik həyata dair mövzular da var idi. Bundan əlavə, Helvidinin yazılarında hökumət əleyhinə misralar mövcud idi. İndiyə qədər onun heç bir əsəri qalmamışdır, çünki onların hamısı imperator Domisianın əmri ilə məhv edilmişdir. Onların məzmunu tarixçilər, o cümlədən Svetoni və qədim Roma yazıçıların yazılarında məlumdur.[1]

  1. 1 2 Christian Settipani, Continuité gentilice et continuité sénatoriale dans les familles sénatoriales romaines à l'époque impériale, 2000, pgs. 203, 223, 240  (fr.)