Qay Ritçi

Qay Stüart Ritçi, (ing. Guy Ritchie; 10 sentyabr 1968[2][3][…]) – britaniyalı kinorejissor, ssenarist və prodüser. Daha çox "Kart, pullar və iki lülə" filmi ilə məşhurdur. 2002-ci ildə Ələ keçirilmişlər filminə görə ən pis rejissor nominasiyası üzrə "Qızıl moruq" mükafatına layiq görülmüşdür.

Qay Ritçi
ing. Guy Ritchie
Doğum tarixi (55 yaş)
Doğum yeri Hatfild, Hartvordşir, Böyük Britaniya
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, film prodüseri, ssenarist, sahibkar, cüdoçu, rejissor
Fəaliyyət illəri 1995-ci ildən
IMDb ID0005363
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baxmayaraq Ritçi özündə pis rayondan olan sadə oğlan obrazını görür, reallıqda heç də hər şey belə deyil. Ömrünün böyük əksəriyyətni valideynləri boşandıqdan sonra ögey atası ser Maykl Litonun on yeddinci əsrə məxsus malikanəsində keçirmişdir.

Disleksiyadan əziyyət çəkən Ritçiyə vaxtını məktəbdə keçirmək dözülməz gəlirdi. O orta təhsili təsdiqləyən GCSE sertifikatını əldə etmək üçün ciddi cəhdlər göstərməli olur. "Buç Kessidi və Sandens Kid" filmini izlədikdən sonra Qay özü-özlüyündə gələcəyinin film istehsalı ilə bağlı olacağına dair qəti qərara gəlir. Lakin o heç də kinoməktəblərinə baş çəkmək haqqında düşünmür. O belə hesab edir ki, diplomlu mütəxəssilərin işləri darıxdırıcı və baxılan olmur.

Karyerasına başlanğıc

[redaktə | mənbəni redaktə et]

Qay Ritçi "Kart, pullar və iki lülə" (Lock, Stock and Two Smoking Barrels) adlı debüt filmindən sonra Britaniyada ən çox müzakirə edilən rejisora çevrilir. Bu kriminal komediyadakı hadisələr Londonun İst-End hissəsində baş verir. Filmin süjeti isə Kventin Tarantininun və Con Vunun filmlərini xatırladır.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Ritçi pop-şahzadə Madonnanın həyat yoldaşıdır. Cütlüyn 2000-ci ilin 11 avqustunda Los-Andcelsdə dünyaya gəlmiş Rokko adına oğulları var. "Rokko ilə nə qədər çox vaxt keçirirəmsə, məndə uşaqlar haqqıdna də filmlər yaratmaq marağı daha da artır" deyə Ritçi intervyularının birində bildirmişdir.

Rejissor, Ssenarist

[redaktə | mənbəni redaktə et]
  • Statik (Static) 2008
  • Roknrolla (RocknRolla) 2008
  • Şübhəli (Suspect) 2007
  • Tapança (Revolver) 2005
  • Ələ keçirilmişlər (Swept away) 2002.
  • Ulduz (The Hire:Star) 2001
  • Oğurluq (Snatch) 2000
  • Kart, pullar və iki lülə (Lock, Stock and Two Barrels) 1998
  • Çətin iş (The Har Case)
  • Roknrolla
  • Şübhəli
  • Sızıltı (Mean machine) 2001
  1. 1 2 Museum of Modern Art online collection (ing.).
  2. Guy Ritchie // filmportal.de. 2005.
  3. Guy Ritchie // Brockhauz Ensiklopediyası (alm.).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]