RPG-7V2 “Qaya” – Azərbaycan istehsalı olan qumbaraatan. Azərbaycan Ordusunda silahlanmaya qəbul edilmiş RPG-7V2 “Qaya” tipli əl qumbaraatanı bir sıra göstəricilərinə görə Rusiya, Ukrayna və Rumıniyada istehsal edilmiş eyni tipli qumbaraatanları geridə buraxır. Rusiyanın RPG əl qumbaraatanının fərqli modifikasiyası olan “Qaya” düşmənin zirehli texnikasını və piyadalarını məhv etmək üçün hazırlanıb. “Qaya” 40 mm çaplı PG-7, PG-7VM, PG-7VS, PG-7VS1, PG-7VL, PG-7VR, OG-7V, TBG-7V mərmilərindən atəş açmaq imkanlarına malikdir.
RPG-7V2 “Qaya” | |
---|---|
Tipi | Qumbaraatan |
İstismar tarixçəsi | |
İstismar edənlər | Azərbaycan |
Xüsusiyyətləri | |
Ağırlığı | 6,85 kq |
Uzunluğu | 950 mm |
Uzunluğu 950 mm, çəkisi 6,85 kq olan “Qaya”dan dəqiqədə 4-6 atəş açmaq mümkündür. Qumbaraatanın atış ömrü MSN-in rəsmi kataloqunda 250 atış göstərilib. Qumbaraatan PGO-7V3 UP-7 mexaniki optik nişangahla təchiz olunub. Azərbaycan istehsalı olan qumbaraatan RPG-7V2 “Qaya”.
Azərbaycan Ordusunda silahlanmaya qəbul edilmiş RPG-7V2 “Qaya” tipli əl qumbaraatanı bir sıra göstəricilərinə görə Rusiya, Ukrayna və Rumıniyada istehsal edilmiş eyni tipli qumbaraatanları geridə buraxıb. Atışlar zamanı qumbaraatan yüksək etibarlılıq və dəqiqlik nümayiş etdirib. Keyfiyyət baxımdan da “Qaya” üstünlüyünü sərgiləyib.
Rusiyanın RPG əl qumbaraatanının fərqli modifikasiyası olan “Qaya” düşmənin zirehli texnikasını və piyadalarını məhv etmək üçün hazırlanıb. “Qaya” 40 mm çaplı PG-7, PG-7VM, PG-7VS, PG-7VS1, PG-7VL, PG-7VR, OG-7V, TBG-7V mərmilərindən atəş açmaq imkanlarına malikdir.
Azərbaycan istehsalı olan RPQ - 7V2 “Qaya” qumbaraatanlarının Türkiyənin müvafiq qurumunun sınaqlarından uğurla keçib. Beləki müqavilə əsasında Türkiyə SQ-nin xüsusi təyinatlılarına RPG-7 qumbaraatanlarının çatdırılmasına başlanıb. Müqavilə üzrə Müdafiə Sənayesi Nazirliyi Türkiyə Silahlı Qüvvələrini nəzərdə tutulan sayda qumbaraatanla təchiz edəcək.
RPG-7-nin ABŞ istehsalı variantıda mövcuddur “RPG-7USA”.
Kalibr: 40 mm
Uzunluğu: 950 mm
Ağırlığı: 6.85 kq
Mərminin ağırlığı: 2–4.5 kq
Atəş tezliyi – 6 atəş/dəqiqədə
Mərminin başlanğıc sürəti – 145 metr/saniyə
Nişangah məsafəsi – 700 metr
Təsirli atəş məsafəsi – 300–500 metr
Maksimal atəş məsafəsi: 920 metr
Nişangahlar: PGO-7V3, UP-7
920 metrdən sonra RPG-7-nin mərmisi hədəfi tapmırsa özü-özünü məhv edir.[1]