Qaymalı dağlar

Qaymalı dağlar (rus. горы глыбовые столовые, ing. block table mountains) — differensial hərəkət təsirinə məruz qalaraq qırılma və pozulmalarla parçalanmış və mürəkkəbləşmiş, yer qabığının ayrı-ayrı qaymalarının əmələ gətirdiyi dağlar. Struktur xüsusiyyətlərinə görə stolvari, qaymalı və qırışıq-qaymalı dağlara ayrılır.[1]

  1. Qaymalı dağlar // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 160. ISBN 978-9952-453-14-0.