Qayola adası (it. Isola la Gaiola) — İtaliyanın cənub-qərbində — Kampaniya regionunda olan Neapol şəhərinə aid ərazidə — Tirren dənizinin bir hissəsi olan Neapol körfəzində yerləşən kiçik ada. Lənətlənmiş ada kimi tanınır.
Qayola adası | |
---|---|
it. Isola la Gaiola | |
| |
Yerləşməsi | |
40°47′30″ şm. e. 14°11′13″ ş. u. | |
Ölkə | İtaliya |
Region | |
Şəhər | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Əslində Qayola körpü ilə birləşmiş iki balaca adadan ibarətdir.[1] Adalardan birində böyük villa var.[1] Uzun illərdir ki, adada heç kim yaşamır. Hesab olunur ki, o lənətlənib və bu səbəbdən adada çoxlu ölüm halları baş verib.[1]
1920-ci ildə adanın ilk sahibi olan isveçrəli Hans Braun burada müəmmalı şəkildə ölüb: o, xalçaya bükülmüş şəkildə tapılıb.[2] Bir müddət sonra isə onun həyat yoldaşı naməlum şəraitdə boğulub.[1] Adanın yeni sahibi Otto Qrubnak anidən infakt nəticəsində ölüb. Ondan sonra adanı satın almış Baron Karl Paul Langhaym bir müddət sonra müflis olub.[2] Növbəti sahib Moris Sandoz isə özünə qəsd edib.[1]
Canni Agnelli adanın özündən əvvəlki sahiblərinin başına gəlmiş olaylara baxmayaraq buranı satın alıb.[2] Bu addımı atdıqdan sonra isə qohumları bir-birinin ardınca ölməyə başlayıb.[2] Ardınca isə oğlu qaçırılıb.[2] Oğrular ondan oğlunun azadlığı üçün külli miqdarda pul tələb edib.[2]
Adanın son sahibi Canpaskal Qrappone isə cinayətdə ittiham olunur.[2] Onun öldürdüyü deyilən iki nəfər isə adanın qarşı sahilindəki qonşularıdır.[2]
Adanı almaq istəyən insanlar da ölüm, bədbəxtlik və səfalətlə qarşılaşıb.[1] Buna görə də Qayola adası pis şöhrət qazanıb və heç kəs bu adanı almaq istəməyib.[1]
Bu cür mistik tarixlər çox sayda turistin diqqətini cəlb edib.[1] Buraya gələnlər nəinki ada ətrafında gəzə bilər, hətta sahibsiz villanın içərisinə girə və buraya baxa bilərlər.[1]