Qaz nəhəngi əsas olaraq hidrogen və heliumdan ibarət olan nəhəng planetdir.[1] Qaz nəhəngləri bəzən sönmüş ulduz olaraq da bilinirlər, çünki bu nəhənglər ulduz kimi eyni təməl elementlərdən təşkil olunurlar. Yupiter və Saturn Günəş sisteminin qaz nəhəngləridir. Qaz nəhəngi termini, əslində, "nəhəng planet"-lə sinonim idi, ancaq 1990-cı illərdə daha ağır maddələrdən təşkil olunan Uran və Neptunun nəhəng planet sinfindən olduqca ayrı olduğu bilindi. Bu səbəbdən, Uran və Neptun indi buz nəhəngləri kimi ayrı bir kateqoriyada sinifləşdirilirlər.[2] Yupiter və Saturn, əsasən, hidrogen və helyum kimi yüngül qazlardan ibarətdir, nisbətən ağır elementlər onların ümumi kütləsinin 3-13%-ə qədərini təşkil edir.[3]