arXiv (X hərfi yunan xi hərfini (χ) ifadə edir)[5] — dərci qiymətləndirmədən yox moderasiyadan sonra təsdiqlənən elektron preprintlərin və postprintlərin (e-print də deyilir) açıq girişli verilənlər anbarı. Sayt riyaziyyat, fizika, astronomiya, elektrik mühəndisliyi, kompüter elmləri, kəmiyyət biologiyası, statistika, riyazi maliyyə və iqtisadiyyat sahələrində onlayn əldə edilə bilən elmi məqalələrdən ibarətdir. Riyaziyyat və fizikanın bir çox sahələrində demək olar ki, bütün elmi məqalələr resenziyalı jurnalda dərc edilməzdən əvvəl "arXiv" anbarında öz-özünə arxivləşdirilir. Bəzi naşirlər müəlliflərə həm də qiymətləndirilmiş postprinti arxivləşdirməyə icazə verirlər. 14 avqust 1991-ci ildə yaradılan "arXiv.org"dakı məqalə sayı 2008-ci il oktyabrın 3-də yarım milyonu,[6][7] 2014-cü ilin sonunda bir milyonu,[8][9] 2021-ci ilin sonunda isə iki milyonu keçdi.[10][11] 2021-ci ilin aprel ayına olan məlumata görə, təqdimetmə sıxlığı ayda təxminən 16,000 məqalədir.[12]
ArXiv | |
---|---|
URL | arxiv.org |
Tipi | Onlayn verilənlər bazası, IBList |
Dilləri | ingilis dili |
Sahibi | Kornell Universiteti[1] |
Açılma tarixi | 14 avqust 1991[2][3] |
Alexa reytinqi |
|
Vikianbarda əlaqəli mediafayllar |
"arXiv" elmi işlərin İnternet üzərindən asanlıqla ötürülməsinə və müştəri tərəfində göstərilməsinə imkan verən yığcam "TeX" fayl formatı sayəsində mümkün olmuşdur.[13] Təxminən 1990-cı ildə Coan Kon həmkarlarına "TeX" faylları kimi fizika üzrə preprintləri e-poçtla göndərməyə başladı, lakin göndərilən sənədlərin sayı poçt qutusunu doldururdu.[14] Pol Ginsparq mərkəzi saxlama anbarı yaradılmalı olduğunu dərk etdi və 1991-ci ilin avqustunda Los-Alamos Milli Laboratoriyasında (LANL) saxlanılan və istənilən kompüterdən əldə edilə bilən mərkəzi repozitor poçt qutusu yaratdı.[14] Tezliklə əlavə giriş rejimləri əlavə edildi: 1991-ci ildə FTP, 1992-ci ildə "Gopher" və 1993-cü ildə ümumdünya hörümçək toru.[9][15] Məqalələri təsvir etmək üçün tez bir zamanda elektron çap (e-print) termini qəbul edildi.
Pronounce it 'archive'. The X represents the Greek letter chi [ χ ].