Qazaryan itburnusu

Qazaryan itburnusu (lat. Rosa kazarjanii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.

Qazaryan itburnusu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqazda Gürcüstanın Tabisçixuri gölü və Axtanski rayonu ərazilərində quru bozqır yamaclarda təbii arealı vardır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-ın dağlıq rayonları ərazisində rast gəlinir.

Azərbaycanın nadir bitkisidir. VU B1ab(iii)+2ab(iii).

Aşağı və orta qağ qurşaqlarda quru bozqırlaşmış daşlı-qayalı yamaclarda yayılmışdır.

Təbii ehtiyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda dar bir arealı vardır.

Bioloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Təbiətdə hündürlüyü 1 m-ə qədər olan koldur. Qopartikanları düz, nazikdir, qaidə hissəsi enliləşmişdir.Yarpaqları 5-7 ədəd enli ellipsşəkilli təpəsi küt 1,7-2,5 sm uzunluğunda olan yarpaqcıqlardan təşkil olunmuşdur. Yarpaqcıqların kənarları mişardişlidir. Kasayarpaqları 1 sm uzunluğunda ola bilir və tamkənarlıdır. Çiçəkləri, adətən, tək-təkdir. Çiçək saplağı 0,7-1 sm uzunluğunda olur. Ləçəkləri ağ rəngdədir. Meyvəsi yumrudur və qaralandır, 1,6-2 sm diametrində ola bilir. İyun, iyul aylarında çiçək açır.

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyyatının dəyişməsi səbəbləri

[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Xüsusi mühafizə ölçüləri tərtib edilməmişdir.

Zəruri qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.

  1. The Plant List (ing.). 2010.