Qazaxıstan–Özbəkistan münasibətləri

Qazaxıstan–Özbəkistan münasibətləriQazaxıstanÖzbəkistan arasındakı ikitərəfli münasibətlər.

Qazaxıstan–Özbəkistan münasibətləri
Qazaxıstan və Özbəkistan
 Qazaxıstan  Özbəkistan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qarşılıqlı əlaqələrin vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Ən sabit ölkələrdən hesab edilirlər və ən yeri tarixdə qazaxlar və özbəklər arasında milli zəmində heç bir qarşıdurma baş verməmişdir[1]. Özbəkistanda Müstəqil Dövlətlər Birliyinə daxil olan ən böyük, dünyada isə ikinci ən böyük qazax diasporu yaşayır (Çin qazaxları). Qazaxıstanm Prezidenti Nursultan Nazarbayev Özbəkistanla münasibətlərdə "Sabitləşmə potensialı və barıt var" deyə bildirmişdir. 2008-ci ilin aprelində Özbəkistan Prezidenti İslam Kərimovun Qazaxıstana səfəri başa çatdıqdan bir gün sonra sonra, Özbəkistan Ədliyyə Nazirliyi bu ölkədə fəaliyyət göstərən Qazaxıstan Mədəniyyət Mərkəzinin fəaliyyətində ciddi pozuntular aşkarlamışdır. Bu isə onun fəaliyyətini dayandırmasına səbəb olmuşdur. Ədliyyə Nazirliyinin ictimai birlik və dini qurumlar üzrə rəhbəri Jalalo Abdusattarov Qazaxıstan Mədəniyyət Mərkəzinin bağlanmasına səbəb kimi, qeydiyyata alınan orqan barədə məlumatı olmadan hüquqi ünvanı dəyişdirmək, icarə müqaviləsinin qeydiyyata alınmaması, iş və maliyyə gəlirləri təqdim edilməməsi olduğunu bəyan edir[2].

Eyni zamanda qazaxıstanlı siyasətçilər dəfələrlə iki ölkə arasında olan mübahisəli ərazilərdə etnik qazaxlara qarşı özbək sərhədçilərinin qanunsuz davranışından narazılığını ifadə etdikləri məlumdur. Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi dəfələrlə sərhəd ərazilərində yaşayan qazaxlara qarşı xidməti silahlardan əsassız istifadə və bunun nəticəsində bir neçə nəfərin ölümü qeyd etmişlər. 2016-cı ildə iki ölkə arasında bütün mübahisəli sahələr bölünmüş və delimitasiya həyata keçirilmişdir. Qazaxıstan və Özbəkistan Mərkəzi asiyanın iri ölkələridirlər. onlar bir çox məsələlərdə irtaq mövqe sərgiləyirlər. Buna misal olaraq Mərkəzi Asiyanın transsərhəd çaylarından istifadə və NATO-nun Əfqanıstanda iştirakını göstərmək olar. Əsasən Rusiya Federasiyası ilə iqtisadi və hərbi məsələlərdə, Türk Şurasına yanaşmada fərqli mövqe sərgiləyirlər. Hər iki məsələdə Qazaxıstan müsbət, Özbəkistan isə nənfi yanaşma sərgiləyir.

Qazaxıstan–Özbəkistan sərhəddi

[redaktə | mənbəni redaktə et]

2001—2002-ci illərdə iki ölkə arasında bütün sərhədlərin delimitasiyası gerçəkləşdirilir. Bəzi ərazilərdə isə etnik kimlik əsasında torpaqların dəyişdirilməsi baş verir. Astana qazax üstünlük təşkil etdiyi Baqıs qəsəbəsini və Arnasay su anbarı rayonundakı əraziləri, Daşkənd isə Cənubi Qazaxırtan və Qzıl-Orda vilayətlərinin özbək əsilli əhalisinin üstünklük təşkil etdiyi əraziləri əldə edir.

Özbəkistanın tənqidləri

[redaktə | mənbəni redaktə et]

Tez-tez özbək siyasətçiləri Qazaxıstanı Rusiyanın maraqları üçün lobbiçilik etməkdə ittiham edirlər.

Qazaxıstanın tənqidləri

[redaktə | mənbəni redaktə et]

Qazaxıstanlı politoloqlar Özbəkistanı Qazaxıstan sərmayələrinin aşağı səviyədə qorunmaqda, Türk dünyasına inteqrasiyadan imtina etməkdə günahlandırırlar. Qırğızıstanın cənubundakı qırğız-özbək millətçiləri arasında baş verən qarşıdurmalarda Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Mərkəzi Asiyada separatizmin qəbuledilməz olduğunu və bununla da Qırğızıstanın bir hissəsinin Özbəkistana verilməsinə icazə verməyəcəyini açıq şəkildə bəyan etmişdir.

  1. "Очаги межэтнического напряжения в Центральной Азии". 2005-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-16.
  2. "Xalqların çətin dostluğu. Daşkənd özbəkistanda olan Qazax Mədəni mərkəsini bağlamağa bir bəhanə tapdı". 2018-06-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-16.