Qazaxıstanda korrupsiya öz növbəsində ölkənin siyasi və iqtisadi inkişafını əngəlləyən əsas problemlərdən biridir. 2004-cü ildə Transparency International təşkilatı Qazaxıstanı korrupsiyalaşmış ölkələr siyahısında 122-ci yerdə göstərmişdir. Qazaxıstan bu yeri bir neçə ölkə ilə birlikdə paylaşırdı. Ümumi siyahıda isə 146 ölkə vardı. 10 ballıq şkala üzrə Qazaxıstan 2.2 balla qiymətləndirilirdi (bununla belə 3 baldan aşağı göstərici "qarşısı alınmayan korrupsiya" olaraq qiymətləndirilir)[1]. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev korrupsiyaya qarşı "müqəddəs müharibə" elan edir. Üstəlik bununla bağlı "korrupsiyaya qarşı 10 tədbir" görülməsini əmr edir[2]. Bununla da ölkədə bütün dövlət və ictimai səviyyədə korrupsiyaya qarşı mübarizə başlayır. 2014-cü ildə Transparency International təşkilatının 174 ölkə arasında tərtib etdiyi siyahıda Qazaxıstanı 126-cı yerdə göstərir[3][4].
Nazarbayev hökumətinin tədbirlərinə baxmayaraq bir çox beynəlxalq təşkilatlar bu tədbirləri aldadıcı və gözdən pərdə asmaq məqsədini daşıdığını bildirmiş və hökuməti ittiham etmişdir. Qazaxıstanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında təmsil olunmasına baxmayaraq istər ölkə daxilində istərsə xaricində olan bir çox ictimai fəallar hökumətin "insan haqları" və "geniş yayılmış korrupsiya" ilə istənilən səviyədə maraqlanmamasını iddia etmişdir. Nazarbayevin ailəsi çirli pulların yuyulması, rüşvətxorluq və qətllərdə ittiham edilirdi. Buna bənzər məsələlərdən biri də Qazaxqeyt adı ilə tanınır. Bu proses ABŞ məhkəməsində araşdırılmış və Nazarbayevin ailəsi günahkar bilinməmişdir. Bunla da iş 2010-cu ilin avqustunda bağlanmışdır[5].
Global Witness təşkilatı "Qazaxmıs" şirkətini onun sahiblərinin adını gizlətməkdə ittiham edərək, bu şirkətin şəxsən Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə[6] məxsus olmasını iddia etmişdir.
Nazarbayevin keçmiş nazirlərindən olan Zamanbek Nurkadilov (sonradan öldürülmüşdür) 1990-cı ildə Amerikan şirkətlərindən Qazaxıstan məmurlarının rüşvət olaraq milyonlarla dollar almasına görə Nazarbayevin cavab verməli olduğunu bildirmişdir.[7]. Bu məsələdə Ceyms Qiffen 2003-cü ildə Nyu-York polisi tərəfindən həbs edilmişdir. Onun ölkədən qaçmağa hazırlaşması düşünülürdü. O, 1990-cı ildə Nazarbayev və Qazaxıstanın Baş Naziri Nurlan Nalqimbayevlə birgə ABŞ şirkətlərindən neft yataqlarına görə rüşvət verməsi məsələsində iştirakı iddia edilirdi.