Qazax Dövlət Rəsm Qalereyası — Burada Azərbaycan rəssamlarının 373 əsəri toplanmışdır.[1]
Qazax Dövlət Rəsm Qalereyası | |
---|---|
Fəaliyyəti | Əsərlərin bərpası və qorunması |
Yaranma tarixi | 1986 |
Yarandığı yer | Azərbaycan Qazax rayonu |
Fəaliyyət göstərdiyi yer | Azərbaycan, Qazax Heydər Əliyev pr., 75 |
Sədr | Münəvvər Xəlilova |
azgallery.az |
Qazax Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13 fevral 1986-cı il tarixli əmrinə əsasən yaradılmışdır. Qalereyanın sahəsi 490 kv.m-dir. O, bina, foye, iş otağı, fond otağı, sərgi salonundan ibarətdir. Muzeydə cəmi 373 eksponat var. 288 şəkil, 35 heykəltəraşlıq nümunələri, 4 qobelen, 8 ədəd çekankada Azərbaycan miniatürləri, görkəmli alimlərin, şair-ədiblərin fotoşəkilləri, açıqcalar, qəzet və jurnallar qalereyanı zənginləşdirən eksponatlardır. Fondda 548 əsər var. Sərgi salonunda 62 eksponat nümayiş edilir. Bunlardan 30 respublika rəssamların işləridir, qalan 32 eksponat yerli rəssamların əməyinin məhsuludur. 2005-ci və 2008-ci illərdə qalereya əsaslı təmir olunmuş, tamamilə simasını dəyişib əhalinin ixtiyarına verilmişdir. 2008-ci ildə respublika Prezidenti İlham Əliyev Qazax rayonunda olarkən bu qalereyanın işi ilə yaxından tanış olmuşdur.[2]
Qazax Dövlət Rəsm Qalereyasının əsas vəzifə və funksiyası əhalinin təbəqələri arasında müasir, milli və dünya təsviri dekorativ-tətbiqi sənət əsərlərini təbliğ etmək, incəsənətin zəngin ənənələrinə əsaslanan bədii estetik formalarını axtarmaqdır. Respublikadan gəlmiş heykəltətaşlıq və boyakarlıq nümunələri ilə bərabər həm də yerli rəssamların əsərləri də sərgi salonunda nümayiş olunur. Qalereyanın işi ilin əvvəlində tutulmuş iş planına əsasən həyata keçirilir. Bütün əlamətdar və tarixi günlər Qazax Dövlət Rəsm Qalereyasında yüksək səviyyədə qeyd olunur.[3]