Qazi Qarabağ azanı

"Qarabağa doğru – Haqqın və haqqımızın səsi ilə" kampaniyası, 22 fevral 2013, Ağdam

Qazi Qarabağ azanıQarabağ müharibəsi dövründə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasından əvvəl Ağdam və Şuşadakı "Cümə" məscidlərində səsləndirilən son azandır.

Hafiz Sədrzadə

[redaktə | mənbəni redaktə et]

Bu azanı sonuncu dəfə işğaldan əvvəl Ağdam və Şuşadakı "Cümə" məscidlərində Hafiz Sədrzadə səsləndirmiş və lentə köçürülmüşdür. Əslən şuşalı olan Hafiz Sədrzadə Qarabağın məşhur Seyid Ağa nəslindəndir. 1939-cu ildə Ağdamda doğulmuşdur. Atası Məhəmməd Mürşidzadə Ağa Şuşanın müctəhidi olub, 1875-ci ildə doğulub, 1958-ci dünyasını dəyişib. Öz dövründə savadlı ruhani kimi tanınıb. 1918-ci ildə erməni qırğını zamanı Qarabağ bölgəsindən özü ilə bir neçə hörmətli şəxsi də götürüb Türkiyəyə pənah aparıb, orada Atatürklə, Nuru Paşa və Ənvər Paşa ilə görüşüblər. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsində onların bu səfərinin də rolu olub.

20 ildən sonra

[redaktə | mənbəni redaktə et]

20 ildən sonra Azərbaycandakı dini icmaların irəli sürdüyü təşəbbüslə bu azanın cəhbə bölgəsində səsləndirilməsi Dövlət Komitəsi tərəfindən dəstəklənmişdir. 2013-cü ilin fevral ayının 22-də Ağdamın Çəmənli kəndində, cəbhə bölgəsinin 2 kilometrliyində yerləşən "Cümşüd" məscidində keçirilən mitinqdə səsləndirilmişdir. Bu tədbir Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, "Xocalıya Ədalət" Beynəlxalq Təbliğat-Təşviqat Kampaniyası və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin dəstəyi ilə "Qarabağa doğru – Haqqın və haqqımızın səsi ilə" kampaniyası çərçivəsində keçirilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]