Qeybulla Ramazan oğlu Qeybullayev (9 may 1945, Katex, Balakən rayonu – 2 mart 2012, İstanbul) — professor, elm və ictimai xadim; Türkiyə Cümhuriyyəti Baş Nazirinin Avrasiya məsələləri üzrə müşaviri.
Qeybulla Qeybullayev | |
---|---|
Doğum tarixi | 9 may 1945 |
Doğum yeri | |
Vəfat tarixi | 2 mart 2012 (66 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | |
İş yerləri |
|
Təhsili |
|
Qeybulla Qeybullayev 9 may 1945-ci ildə Balakən rayonunun Katex kəndində dünyaya gəlmişdir[1]. 1963-cü idə Katex kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1968-ci ildə Politexnik İnstitutunun İnşaat fakultəsini fərqlənmə ilə bitirmiş, sonra Dövlət Layihə İnstitutunda mühəndis-konstruktor vəzifəsində çalışmışdır. 1971-ci ildə Moskva İnşaat Fizikası İnstitutunun aspiranturasında dissertasiyasa müdafiə edərək texnika elmləri namizədi adı almışdır. 1974-cü ildə Azərbaycana qayıtmış, Azərbaycan Dövlət İnşaat və Memarlıq Komitəsində şöbə müdiri işləmişdir. 1980–1984-cü illərdə nazir müşaviri vəsifəsində çalışmışdır.
1984–1992-ci illərdə Azərbaycan Tikinti və Memarlıq Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1989-cu ildə Azərbaycan EA-nın İqtisad İnstitutunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Eyni zamanda Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və kafedra müdiri vəzifələrində işləmişdir. 1992–2000-ci illərdə həmin universitetin rektoru vəzifəsində işləmişdir.
1990–1995-ci illərdə Bakı şəhərinin deputatı olmuşdur.
2000–2001-ci illərdə MNM şirkətində direktor olmuşdur.
2001-ci ildən ömrünün sonuna qədər Türkiyə Cümhuriyyəti Süleyman Dəmirəl Universitetinin professoru və iqtisad bölüm başkanı, müxtəlif illərdə Türkiyə Cumhuriyyəti Baş Bakanının Avrasiya məsələləri üzrə müşaviri olmuşdur. Türk Dövlətləri Gənclər Vakfının yönətim kurulunun başkanı, Türkiyə Dövlətləri Bələdiyyələri Assosiasiyasının yönətim kurulu başkanı vəzifələrində çalışmış, ABŞ, Yaponiya, Rusiya, Fransa Milli Akademiyalarının akademiki olmuşdur.
200-dən çox elmi məqalə, monoqrafiya müəllifi, məcmuə redaktoru olmuşdur.
2 mart 2012-ci ildə Türkiyənin Gülhanə hərbi hospitalında ağ ciyər xərçəngindən dünyasını dəyişmişdir. Qeybulla Qeybullayev öz vəsiyyəti ilə 3 martda doğulduğu Balakən rayonunun Katex kəndində torpağa tapşırılıb. Mərhumun dəfnində Azərbaycanın və Türkiyənin tanınmış ziyalıları və ictimai xadimləri iştirak ediblər[2].
Arzu Qeybullayeva Qeybulla Qeybullayevin qızıdır. O, Ankaranın Bilkənt Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təhsil alıb. 2005-ci ildə İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetindən Qlobal Siyasət üzrə magistr təhsili alıb. Milli Demokratiya İnstitutunun proqramında çalışıb. Türkiyə ermənilərinin İstanbulda nəşr etdirdikləri "AQOS" qəzetində yazar olaraq çalışmışdır.[3].