Qeyri-Elektrolitlər

Dielektriklərelektrik cərəyanını keçirməyən maddələrdir. Dielektriklərin qaz, maye və bərk növləri var. Dielektriklər neytral atom və ya molekullardan təşkil olunmuşdur. Dielektriklərin iki növü vardır: polyar və qeyri-polyar. Onlar molekulların quruluşuna görə bir-birindən fərqlənirlər. Elektrik sahəsində dielektrikin bağlı yükləri əks istiqamətlərdə yerini dəyişir; dielektrik polyarlaşır. Polyarlaşmış dielektrik özü elektrik sahəsi yaradır. Bu sahə dielektrikin daxilində xarici elektrik sahəsini zəiflədir.[1]

Dielektriklər[redaktə | mənbəni redaktə et]

  • Dielektrikin polyarizasiyası-xarici elektrik sahəsində dielektrikin qarşı üzlərində əks işarəli bağlı elektrik yüklərinin yaranmasıdır.
  • Dielektrik nüfuzluğu-dielektrik daxilində sahə intensivliyinin vakuumdakı sahə intensivliyindən neçə dəfə kiçik olduğunu göstərən fiziki kəmiyyətdir: ε=E0/E.Dielektrik nüfuzluğu adsız kəmiyyətdir və maddənin növündən asılıdır.
  • İzolyatorlar-dielektriklərin izolyasiya məqsədi ilə işlədilən bir qrupudur.
  • Seqnetoelektriklərxarici elektrik sahəsi olmadıqda belə spontan(özbaşına) polyarizasiya kəsb edən dielektriklərdir.Onlar digər dielektriklərdən dielektrik nüfuzluğunun böyük olmasına və qalıq polyarizasiyaya malik olmalarına görə fərqlənirlər.Seqnetoelektriklərə misal olaraq seqnet duzunu,barium titanatı,qurğuşun titanatı və onun əsasında hazırlanmış bərk məhlulları göstərmək olar.
  • Pyezoelektriklər-mexaniki gərginliyin təsiri ilə qarşı üzlərində əks işarəli yüklər yaranan kristallardır.
  • Piroelektriklər-temperaturun və istilik şüalanmasının təsiri ilə qarşı üzlərində əks işarəli elektrik yükləri yaranan kristallardır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. M. Abbasov, S. Məşədibəyova, R. İbadov. Təbiət elmləri lüğəti, Bakı 2006, səh. 90

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Elektriçestvo.1956
  2. M.Murquzov və b.Fizika.IX Sinif üçün dərslik Bakınəşr 2005.