Qeyri-oyunçu personaj (ing. Non-player character; abr. NPC) — video oyunlarda oyunçu tərəfindən idarə edilməyən personaj.[1] Video oyunlarda, bu, adətən gerçək süni intellekt yerinə kompüter tərəfindən qabaqcadan müəyyən edilən və ya həssa davranı vasitəsilə idarə edilən personajlara deyilir. Ənənəvi stolüstü rol oyunlarında termin digər oyunçular yerinə, sadəcə hakim tərəfindən idarə edilən personajlara aid edilir.