Qeyri filiz

Sand and gravel extraction

Qeyri-filiz süxurlar — aparılan geolojikəşfiyyat işləri nəticəsində Respublikanın bir sıra bölgələrində müxtəlif növ qeyri-filiz faydalı-qazıntı və tikinti-inşaat materialları yataqları aşkar edilmişdir.[1]

Dövlət balansında 59 yataq qeydə alınmışdır, onlardan 48-i əhəngdaşı, 9-u tuf və tuf qumdaşı, 1 qumdaşı və 1 travertin yatağıdır.[1]

Dövlət balansında 22 üzlük daşı, o cümlədən, 2 əhəng daşı, 12 mərmərləşmiş əhəngdaşı, 1 porfirit, 2 travertin, 1 tuf, 1 qabbro, 2 konqlomerat və 1 tesenit yatağı qeydə alınmışdır.

Dövlət balansında 101 kərpic-kirəmid, keramzit, aqloporit və tikinti keramikası istehsalına yararlı gil yataqları qeydə alınmışdır.[1]

Sement xammalı

[redaktə | mənbəni redaktə et]

Dövlət balansında 16 sement xammalı yatağı qeydə alınmışdır.[1]

Tikinti daşları

[redaktə | mənbəni redaktə et]

27 tikinti daşı (əhəngdaşı, qırmadaş) yatağının ehtiyatları Dövlət balansında qeydə alınmışdır.

Dövlət balansında 76 qum-çınqıl qarışığı yatağı qeydə alınmışdır.

17 qum yatağının ehtiyatları Dövlət balansında qeydə alınmışdır.[1]

Dövlət balansında 3 yataq qeydə alınmışdır. Yataq süxurlarında bitumun miqdarı 7,5–8,1 % arasında dəyişir.

2 yataq Dövlət balansında qeydə alınmışdır.[1]

Qeyri-filiz xammalı ehtiyatları Dövlət balansında 39 yataqla təmsil olunurlar.

Gips, anhidrit, gəc – Dövlət balansında 7 yataq (5 gəc, 2 gips və anhidrit) qeydə alınmışdır. Bunlar Yuxarı Ağcakənd gips və anhidrit, Ərəzin gips, Gəncə, Tərtər və Minbaşlı gəc yataqlarıdır.[1]

Bentonit gilləri

[redaktə | mənbəni redaktə et]

Dövlət balansında ehtiyatları qeydə alınmış 3 bentonit gili yatağı vardır. Bunlar Daş Salahlı, Göygöl və Bəylər yataqlarıdır.

Son illərdə aparılmış geoloji-kəşfiyyat işləri nəticəsində Şamaxı-Qobustan zonasında da bentonit gillərinin böyük ehtiyatları aşkar edilmiş və Bəylər yatağının sənaye əhəmiyyətli ehtiyatları hesablanmışdır.

Bentonit yataqlarından Daş Salahlı istismar olunur.

Dövlət balansında 4 xörək duzu (Naxçıvan, Nehrəm, Şəkərabad-Qoşadizə daş duz və Masazır göl duzu) yataqları qeydə alınmışdır. Naxçıvan daş duz və Masazır göl duzu yataqları istismar edilir.

Dövlət balansında 2 dolomit yatağı qeydə alınmışdır. Bunlar nəhəng ehtiyatlara malik Nehrəm yatağı və Keçiqaya yataqlarıdır.

Dövlət balansında 2 dinas üçün kvarsit xammalı yatağı qeydə alınıb. Bunlar Xanlar rayonunda Qızılca və Daşkəsən rayonunda Çovdar yataqlarıdır. Hər 2 yataq ehtiyatdadır.

Flyus və soda üçün əhəng daşı

[redaktə | mənbəni redaktə et]

Dövlət balansında 1 yataq qeydə alınmışdır.

Keramika xammalı kimi Dövlət balansında 3 yataq — Çovdar çini daşı yatağı qeydə alınmışdır, yataq istismar edilmir.

Mineral boya (gilli oxra)

[redaktə | mənbəni redaktə et]

Dövlət balansında 3 yataq (Çovdar və Mirzik yataqları) qeydə alınmışdır, yataqlar istismar edilmir.

şüşə istehsalı üçün xammal kimi 5 yatağın (Hacıvəli, Hökməli, Şərqi Zeyid, Yasamal və Zeyid) ehtiyatları Dövlət balansında qeydə alınmışdır.

Dövlət balansında 2 yataq, Çovdar barit yatağının qalıq ehtiyatları və Başqışlaq barit yatağının ehtiyatları qeydə alınmışdır.

Barit sənayenin müxtəlif sahələrində istifadə olunan xammaldır. Lakin onun ən çox tətbiq sahəsi dərin quyuların qazılmasında ağırlaşdırıcı kimi istifadə olunmasıdır.

Barit əsasən Kiçik Qafqazın şimal-şərq yamacında Qarabağ, Daşkəsən və Gədəbəy filiz rayonlarından keçən zolaq şəkilli sahəni əhatə edir. "Barit zolağı" daxilində çoxsaylı təzahürlər və 2 yataq aşkar olunmuşdur.

Bunlardan əlavə, Gədəbəy filiz rayonu ərazisində Həsənsu çayından başlamış Zəyəmçaya qədər müxtəlif dərəcədə qiymətləndirilmiş barit damarları məlumdur.

Daşkəsən filiz rayonun, Çovdar filiz sahəsində aşkar olunmuşdur. Yataq üst bayos yaşlı riolitlərin hesabına əmələ gəlmiş törəmə kvarsitlərdə yerləşir. Aparılmış texnoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, zənginləşdirdikdən sonra Çovdar çini daşı yatağının xammalı incə keramika istehsalında müvəffəqiyyətlə istifadə oluna bilər. Yataqda kəşfiyyat işləri başa çatmış və yatağın ehtiyatları hesablanmışdır.

Çini daşının istifadə sahəsi çox genişdir. O kimya sənayesində, elektrokeramikada, kağız istehsalında, inşaat işlərində, odadavamlı material kimi və s. sahələrdə işlənə bilər.

Dövlət balansına üç kükürd yatağının (Çıraqdərəsi, Toğanalı və Çıraqdərəsi-Toğanalı) ehtiyatları qeydə alınmışdır. Bunlardan əlavə Filizçay, Kasdağ və Katex kolçedan-polimetal və Qızılbulaq qızıllı mis-kolçedan yataqlarında da kükürd (ümumi) ehtiyatları hesablanmışdır.

Islandiya şpatı

[redaktə | mənbəni redaktə et]

Dağlıq Talışın Kalvaz-Kalaxan kalsitli sahəsində, Kosmolyan mərtəbəsinin vulkanogen-çökmə törəmələrində, kalsitin çoxsaylı damarları, yuvaları aşkar edilmişdir ki, onun da əsas hissəsini island şpatları təşkil edir. Şpat-xammal sınaqdan keçirilmiş (Soyuzkvarssamosvetı GIB-nin "Şpat" ekspedisiyasında), monoblokların və kristalların yüksək keyfiyyətə malik olduğu barədə rəy verilmişdir. Aşkar olunmuş obyektlər yerüstü dağ qazmaları ilə 3 m dərinliyə qədər öyrənilmişdir. Island şpatı radiotexnikada, cihazqayırma sənayesində və hərbi sənayedə geniş istifadə olunur. Xammalın sənaye ehtiyatlı toplantılarını müəyyən etmək üçün, ərazidə yanaşı hasilatla axtarış-qiymətləndirmə işlərinin aparılması zəruridir.

Odadavamlı və çətinəriyən gillər

[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazın şimal-şərq yamacında geniş yayılmışdır. Odadavamlı gillər əsasən müxtəlif sahələrdə işlənən saxsı məmulatının və odadavamlı kərpic istehsalında işlənir və Xanlar, Daşkəsən və Qazax rayonları ərazisində geniş yayılmışdır. Qazax rayonu ərazisində Kotandağ odadavamlı xammal yatağının ilkin kəşfiyyatı aparılmış, ehtiyatları hesablanmışdır. Şəmkir rayonunda aşkar edilmiş Xoşyal kaolin yatağının ehtiyatları hesablanmışdır.

Naxçıvan MR-sı ərazisində odadavamlı məmulatların istehsalı üçün yararlı kaolinlər, kaolinləşmiş süxurlar, gillər çox geniş yayılmış və müəyyən dərəcədə turşuya davamlı kanalizasiya boruları, keramik məmulatlar, santexnika üçün fayans, incə keramika istehsalına yararlı olmaları öyrənilmişdir.

Soda üçün xammal. 1 yataq, Nehrəm dolomit yatağı əsasən dolomitlərdən, dolomitləşmiş əhəngdaşlarından ibarətdir. Əvvəlki illərdə Naxçıvanda tikilməsi planlaşdırılan soda zavodunu xammalla təmin etmək məqsədilə Zəngilan rayonunda əhəngdaşları öyrənilmiş və onun ehtiyatları təsdiq edilmişdir.

Təbii soda təzahürləri — Orta Araz depressiya zonasının mərkəzi hissəsində – Sədərək çökəkliyində, Naxçıvan çökəkliyinin qərb hissəsində müəyyən edilmiş və tək-tək axtarış quyuları vasitəsilə dərinlikdə öyrənilmişdir. Axtarış işləri nəticəsində təbii soda üçün Sədərək, Xok-Qarabağlar, Süst-Təzəkənd və Böyükdüz sahələri üzrə proqnoz resursları hesablanmışdır.

Şüşə istehsalı üçün xammal kimi Nehrəm yatağının dolomitləri və devon yaşlı törəmə kvarsitləri istifadə edilə bilər.

1984-cü ildə rəngli şüşə tara (bütılka) istehsalında istifadə edilmək üçün (fəaliyyətdə olan Naxçıvan şüşə qablar və Sumqayıt şəhərində layihələşdirilən şüşə qablar zavodlarında) Nehrəm dolomit yatağının ehtiyatı təsdiq edilməsinə baxmayaraq yataq sənaye istismarına cəlb edilməmişdir.

1972–1973-cü illərdə Gümüşlü törəmə kvarsitlər yatağında axtarış-qiymətləndirmə işləri zamanı fran və famen mərtəbələrinin (devon) çökmə süxurları daxilində tərkibində dəmir oksidinin miqdarı az olan laylarından götürülmüş sınaqların şüşə istehsalına yararlılığını müəyyən etmək məqsədi ilə laboratoriya-texnoloji tədqiqatları ilə öyrənilmiş, şüşə (tara) istehsalı üçün yararlı hesab edilmişdir. Bu yataq da bu günə qədər istismara cəlb edilməmişdir.

Dövlət balansında 1 yataq qeydə alınıb. Təbii seolitlər qazların qurudulmasında, sənaye tullantılarının zərərli qatışıqlardan təmizlənməsində, avtomobil benzininin keyfiyyətinin yaxşılaşdırılmasında, suların təmizlənməsində və digər sahələrdə istifadə olunduğu kimi, kənd təsərrüfatında da müvəffəqiyyətlə tətbiq edilir. Bir çox ölkələrdə seolitin əkin sahələrinə verilməsi nəticəsində əksər bitki məhsullarının məhsuldarlığının artırılmasına nail olunmuşdur. Kənd təsərrüfatı yüksək inkişaf etmiş Amerika və Yaponiya kimi ölkələrdə heyvanların və quşların yem rasionuna seolit əlavə edilir. Xaricdə quşçuluq və heyvandarlıq komplekslərini və fermalarını seolitlə təmizləyirlər ki, həm tozun, həm də xoşagəlməz qoxunun qarşısı alınır. Quş və heyvan peyini qarışmış seolitin əvəzsiz gübrə kimi əkin sahələrinə verilməsi tullantı problemini birdəfəlik həll edir.

Qeyri-ənənəvi xammal növləri arasında Aydağ yatağının seolitləri xüsusi yer tutur. Bu çoxtəyinatlı xammalın zəngin ehtiyatları vardır. Aydağ yatağının təbii seolitləri qazların qurudulması, benzol və su buxarının təbii qazlardan tutulması, neft-kimya proseslərində katalizator kimi, sutəmizləyici qurğularda süzgəc kimi, rezin, plastik kütlə, kağız, aşqar sement istehsalı, tibbdə, yuyucu tozların və mineral-polimer materialların istehsalında doldurucu kimi yararlıdır, kənd təsərrüfatında torpaqların keyfiyyətinin yaxşılaşdırılması və məhsuldarlığın artırılması, heyvandarlıq və quşçuluqda yemə inert əlavə kimi onların istifadə sahələri müəyyənləşdirilmişdir. Hazırda Aydağ seolit yatağı "Azərseolit" Elmi Sənaye Birliyi tərəfindən istismar edilir. Seolit xammalının böyük ixrac imkanları da vardır. Naxçıvan MR ərazisində seolitlər orta eosenin alt və orta lütet yaşlı vulkanogen-çökmə süxurları içərisində aşkar edilmiş, qalınlığı 18–45 m arasında dəyişən laydan ibarətdir. Onlar respublikanın Ordubad və Şahbuz rayonları ərazisində geniş yayılmışlar və yer səthində ensiz zolaq şəklində 80–100 km məsafədə izlənirlər. Ilkin axtarış işlərinin məlumatına əsasən seolit saxlayan tuffit qatında seolitin (montmorillonit) miqdarı 45–65 % arasında dəyişir.

Faydalı qazıntıların Dövlət balansında 5 yataq (1 heliotrop, 1 obsedian və 3 əqiq) qeydə alınıb.

  1. 1 2 3 4 5 6 7 "Qeyri-filiz xammalı və tikinti materialları". 2019-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]