Qida boyaları

Qida boyaları — fərdi üzvi maddələr və onların qarışığı və ya qeyri – üzvi piqmentlər və onların qarışığıdır. Qida boyaları təbii, sintetik və qeyri – üzvi olurlar. Məhsulun xarici görüşünü müəyyənləşdirən maddələr qrupudur. Qida rəngləndiriciləri kosmetika, əczaçılıq məhsulları, ev sənətkarlığı layihələri və tibbi cihazlar da daxil olmaqla müxtəlif qeyri-ərzaq sahələrində də istifadə olunur.[1]

Qida boyasından istifadənin məqsədi

[redaktə | mənbəni redaktə et]
Blue Curacao likör öz ticarət nişanı mavi rəngini qida boyasından alır.[2]

İnsanlar müəyyən rəngləri müəyyən ləzzətlərlə əlaqələndirirlər və yeməyin rəngi konfetdən şəraba qədər hər şeydə qəbul edilən ləzzətə təsir edə bilər.[3]

  1. CFR Title 21 Part 70: Color Additive Regulations, FDA, March 22, 1977, March 12, 2011 tarixində arxivləşdirilib, İstifadə tarixi: February 15, 2012
  2. "Webpage about Curacao Liqueur and Triple secs". May 29, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-01.
  3. Jeannine Delwiche. "The impact of perceptual interactions on perceived flavor" (PDF). Food Quality and Preference. 14 (2). 2003: 137–146. CiteSeerX 10.1.1.103.7087. doi:10.1016/S0950-3293(03)00041-7. 2013-02-28 tarixində orijinalından (PDF) arxivləşdirilib.