Qimnamöblər

Qimnamöblər yarımsinfi (lat. Gymnamoebia) — İbtidailərin Lobosa sinfinə daxil olan yarımsinifdir.

Qimnamöblər
Elmi təsnifat
Ranqsız:
Yarımtip:
???:
Qimnamöblər
Beynəlxalq elmi adı
  • Gymnamoebia

Hüceyrənin forması dəyişkəndir, sərt pellikulası yoxdur. Formaca və ölçücə müxtəlif psevdopodiyalar əmələ gətirit. Ektoplazma yaxşı diferensasiya olunur, endoplazmada çoxlu dənəciklər və müxtəlif törəmələr var. Nüvəsi birdir, ancaq bir neçə nüvəli fərdlərdə mövcuddur. Sadə bölünmə yolu ilə çoxalır. Bəzi qruplarda cinsi proses məlumdur. Əlverişsiz mühit şəraitində sista mərhələsinə keçir. Əsasən bakteriyalarla qidalanır, ancaq qida kimi yosunlardan, xırda ibtidailərdən və.s istifadə edə bilər. Yarımsinfin əksər nümayəndələri şirinsu və dəniz hövzələrində yaşayır. Su formaları ilə yanaşı, az miqdarda torpaq və parazit formaları da vardır. Müasir növlərin ümumi sayı 10000-ə yaxındır. Bədəni çılpaqdır, skeleti yoxdur. Hüceyrənin forması dəyişkəndir. Bəzi nümayəndələrdə nazik pellikula aşkar edilir. Sitoplazma az-çox aydın surətdə endo- və ektoplazmaya ayrılır. Ektoplazma homogen, şəffafdır. Endoplazma dənəvər və ya zəif vakuollaşmışdır. Çoxsaylı qida törəmələrinə malikdir. Amoebida dəstəsinə müxtəlif psevdopodiya formalarına malik olan həm monopodial , həm də polipodial amöblər daxildir. Adətən bir, nadir hallarda çoxnüvəlidir. Hərəkət halında ikiyə bölünmək yolu ilə çoxalır. Dəstə 5 yarımdəstədən ibarətdir: Tubilina, Thecina, Frabellina, Acanthopodina, Conopodina.[1]

Azərbaycanın heyvanlar aləmi . I cild . Birhüceyrəlilər və çoxhüceyrəlilər (buğumayaqlılar və xordalılardan başqa). – Bakı, Elm. 2002 . – 268 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.