Qiniatulla Safiulla oğlu Kunafin (22 noyabr 1946, Qafuri rayonu, Başqırd MSSR) — Filologiya elmləri doktoru, BDU-nun professoru, Beynəlxalq Türk Akademiyasının akademiki, Rusiya və Başqırdıstan Yazıçılar Birliyinin üzvü, Dj. Kiekbayeva (2001), M. Qafuri (2010) və M. Umetbayeva (2011) adına mükafatları laureatı. Başqırdıstan Respublikası Elmlər Akademiyasının müxbir üzvü (2012), "Başqırdıstan Respublikası əməkdar elm xadimi" (2009), "Başqırdıstan Respublikasının Xalq Təhsilinin Əməkdar İşçisi (1997), "Rusiya Federasiyasının Yüksək Ali Təhsilin Əməkdar işçisi" (2006).
Qiniatulla Kunafin | |
---|---|
başq. Ҡунафин Ғиниәтулла Сәйфиулла улы | |
Doğum tarixi | |
Doğum yeri | Səyetbaba kəndi, Qafur rayonu, Başqırdıstan MSSR. |
Vətəndaşlığı | Rusiya |
Elm sahəsi | fililoq |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili | |
Mükafatları |
Qiniatulla Kunafin[1] 22 noyabr 1946-cı ildə Başqırd MSSR, Qafur rayonu Səyetbaba kənndində anadan olmuşdur. Səyetbaba kənd orta məktəbini bitirdikdən sonra müəllim sonradan isə rayon qəzeti olan "Zvezda" qəzetində işləmişdir.
Orduda xidməti bitirdikdən sonra, BDU Filologiya fakültəsininə daxil olmuş və oranı qırmızı diplomla bitirmişdir. 1973–176-cı illərdə aspiranturada oxumuşdur. 1976–1981-ci illərdə SSRİ Elmlər Akademiyasının Ufa Elmi Mərkəzinin Tarixi, Dil və Ədəbiyyat İnstitutunda elmi işçi, 1981–1999-cu illərdə isə BDU müəllim və dosent işləmişdir.
Q. S. Kunafin BDU-nunda Başqırd filologiyası və jurnalistikası fakültəsini təşkil edənlərdən biri olmaqla yanaşı, ilk dekan olaraq 10 il (1990–2000) bu vəzifədə çalışıb.
2000-ci ildən başlayaraq Böyük Oktyabr Sosialist İnqilabından əvvəl başqırd ədəbiyyatı kafedrasına rəhbərlik etmişdir. Alim 1977-ci ildə elmlər namizədi disertasiyasını, 1998-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1999-cu ildə professor dərəcəsi almışdır. 1990-cı ildə Rusiya Federasiyası və Başqırdıstan Respublikası Yazıçılar Birliyinin üzvüdür.
Qiniatulla Safiulla oğlu Kunafin — 450-dən çox eımi işin, üstəlik 30 kitabın müəllifidir.
Dj. Kiekbayeva (2001), M. Qafuri (2010) və M. Umetbayeva (2011) adına mükafatları laureatı. Başqırdıstan Respublikası Elmlər Akademiyasının müxbir üzvü (2012), "Başqırdıstan Respublikası əməkdar elm xadimi" (2009), "Başqırdıstan Respublikasının Xalq Təhsilinin Əməkdar İşçisi (1997), "Rusiya Federasiyasının Yüksək Ali Təhsilin Əməkdar işçisi" (2006).