Ölkə | ABŞ |
Status | Yer üzünün ən uzun ağacı |
Qiperion — ABŞ-nin Kaliforniya ştatı, Redvud Milli Parkı ərazisində mövcud olan Sekvoya (Sequoiadendron giganteum) növünə aid böyük ağac. 2015-ci il tarixinə görə Yer üzündə yaşayan ən uzun ağacdır (hündürlüyü - 115.61 m)[1][2].
Nəhəng ağac 2006-cı ilin yayında Redvud Milli Parkında təbiətşünaslar Kris Atkins və Mişel Taylor tərəfindən aşkar edilmişdir. Qiperionun hündürlüyü (ağacın adı belədir) (2015-ci ildə) 115,61 m, sinə səviyyəsindəki diametri (1,4 m) 4,84 metrdən çoxdur. Ağac 1978-ci ildə Cimmi Karterin rəhbərliyində olan federal hökumət tərəfindən satın alınan milli parkın ucqar bir hissəsində tapılmışdır.
Potensial turist axınının bu nəhəng ağacın əsrlər boyu yaşadığı ekosistemi məhv etməməsi üçün Qiperionun dəqiq yerini açıqlamamağa qərar verilmişdir. Qiperion ağacının ümumi həcmi 502 m³, təxmin edilən yaşı isə 700-800 ildir.
Tədqiqatçılara görə, ağacdələnlər Qiperionun gövdəsinin ən üst hissəsini zədələmişlər. Bununlada onun böyüməsinin qarşısını alınmışdır. Gələcəkdə daha sürətli böyüyən Helios (2015-ci ildə 114.58 metr) Qiperionu keçə bilər. 2009-cu ildə aralarındakı fərq 1,2 metr olmuşdur[3].