Qiyamət (film, 2003)

Qiyamət (Rom: Qayamat, digər adı: "Qiyamət: Şəhər təhlükə altında") — 2003-cü ildə[1] Harri Baveja[2] tərəfindən çəkilmiş hind trilleridir. Film Hollivud istehsalı olan Qaya filminin remeykidir[3][4]. Baş rollarda Acay Devqan və Sunil Şetti oynamışdır. Film Hindistanda bir sıra mükafatlar əldə etmiş və eyni zamanda da, hərəkətlər, xüsusi effektlər və kinematoqrafiya üzrə mükafatlara namizəd olmuşdur.

Qiyamət
Janr triller filmi
Əsas mövzu terrorizm
Baş rollarda
İlk baxış tarixi 11 iyul 2003
Ölkə
Dil Hind dili
Rəng rəngli
IMDb ID0364621

Süjet xətti[redaktə | mənbəni redaktə et]

Mumbayda milyonlarla insan bioloji silah hücumundan sonra əzab içində ölümlə üz-üzə qalırlar. Təhlükəli raketlərin istehsalında istifadə edilən virus, pakistanlı generalın sifarişi ilə iki qanqster qardaş olan Əli və Abbas Ramani və onların müştərək sevgilisi Leyla tərəfindən Hindistan laboratoriyasından oğurlanmışdır. 200 nəfəri girov götürdükdən sonra şəhərlə üzbəüz yerləşən bir adadakı həbsxananı tuturlar. Onlar Hindistan hökumətindən Kəşmirin müstəqilliyini, yüz milyonlarla rupi və onların qaçması üçün vertolyot tələb edirlər. Komando əməliyyatına cavabdeh olan kəşfiyyat zabiti Əkrəm Şeyx (Sunil Shetty), bir vaxtlar həbsxanadan qaçmağı bacaran və buna görə də həbsdən azad edilən yeganə cinayətkar olan Raçitaya (Ajay Devqan) indi terrorçular tərəfindən işğal olunmuş adadakı həbsxanaya girməyə kömək etməsi üçün müraciət edir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Qayamat: City Under Threat Movie: Showtimes, Review, Trailer, Posters, News & Videos | eTimes". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24 – timesofindia.indiatimes.com vasitəsilə.
  2. Qayamat: City Under Threat (ingilis), 2022-10-12 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2021-12-28
  3. India Today. Thomson Living Media India Limited. July 2003.
  4. "'Qayamat: City Under Threat' copied from 'The Rock'". Bollywood Copy - Not everything is original in Bollywood (ingilis). 2017-08-08. 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-28.