Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən fikirlərin olduğu iddia edilir. Xahiş olunur, bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz.
Qiyamət (ərəb.يوم القيامة, — "Diriliş Günü" və ya يوم الدين Din Günü, Hökm Günü) monoteist və ya təktanrılı dinlərdə və bir çox inanışda olan, dünyanın sonunun gəlib bütün ölülərin dirilərək məhşər meydanında toplananacağına inanılan zaman, hesab günü, məhşər günü.
Din adamları Qiyamətlə bağlı bir çox fikir bildiriblər. Həzrəti Məhəmməd Qiyamət yaxınlaşarkən saatın sürətlə hərəkət edəcəyini, insanların zinaya meyilli olacağını, insanların başına qəribə hadisələrin gələcəyini, qadınların başını açacağını, ateistlərin çoxalacağını və s.kimi 55 ifadə deyib. Demək olar ki bu 55 hadisədən 5-i qalıb:İmam Hüseynin qanlı köynəyi ilə geri gəlməsi, Mehdinin geri dönməsi, Dünya müsəlmanlarının ayağa qalxması, Yerlə göyün aralanması, sonuncu körpənin anadan olması.
Əl müstədrək surəsində yazılana görə, Bir dəfə Ənəs ibn Malik və Hz. Məhəmməd bir yerdə söhbət edirmişlər. Birdən peyğəmbər gülür və ağ dişləri açıq qalır. İbn malik ondan niyə güldüyünü soruşur. Həzrət Məhəmməd deyir:
-Allah Təala mənə qiyaməti göstərdi.
İbn malik Hz. Məhəmmədə deyir:
-Qiyamət necə bir yerdir?
-Orada mənim məzhəbimdən olan iki nəfər gəlir. Allah-Təala onlardan birinə deyir:
-Din qardaşını niyə bağışlamırsan?
O cavabında deyir:
-Ey Allah, O mənə çox əzab verib. Haqqımı ondan al.
Allah Təala ona belə deyir:
-Əgər sən ondan haqqını alsan onun savab gözündə heç nə qalmaz.
Həmin adamın gözləri dolur və deyir:
-Ey Allahım, qoy onda savab onda qalsın.
And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!)
Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!
Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!
Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər.
Və (istehza ilə): "Qiyamət günü nə vaxt olacaqdır?" -deyə soruşar.
Göz (heyrətdən) bərələcəyi;
Ay tutulacağı;
Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman-
Məhz o gün insan: "Qaçıb can qurtarmağa yer haradadır?" -deyəcəkdir.
Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!
O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!
O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir!
Doğrusu, insan özü-özünə şahiddir!
O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)!
(Ya Peyğəmbər! Cəbrail sənə Quran oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək (qavramaq) üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Quranı təkrar etmə, yalnız dinlə!)
Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir.
Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.
Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!
Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz.
Axirəti isə tərk edirsiniz.
O gün neçə-neçə üzlər sevinib güləcək,
Öz Rəbbinə baxacaqdır!
O gün neçə-neçə üzlər tutulub qaralacaq,
(Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır!
Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi,
"(Onu bu bəladan) kim xilas edə bilər?" -deyiləcəyi,
(Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı,
Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman,
Aparılacağın yer Rəbbinin hüzuru olacaqdır (ey insan)!
Beləliklə, o (kafir Əbu Cəhl) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı.
Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi.
Sonra da özünü darta-darta ailəsinin yanına getdi.
Vay sənin halına, vay!
Yenə də vay sənin halına, vay!
Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!
Məgər o (ata belindən ana bətninə) tökülən bir qətrə məni (nütfə) deyildimi?!
Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı).
Sonra da ondan biri kişi, biri qadın olmaqla iki çift (həmtay) yaratdı.
Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?
Qiyamət günü haqda Qurani Kərimdə Saat[1],Hesab günü[2], Hökm (cəza)günü[3], Qərar günü[4]Toplanma günü[5] və Sur`a üfləndiyi gün[6] kimi sözlərlə vurğulanmışdır.